Kanada, Hollandiya və Norveç

 

 

Soçidə keçirilən XXII Qış Olimpiya Oyunlarının üçüncü günü Olimpiada iştirakçıları idmanın beş növündə beş dəst medal uğrunda mübarizə aparmışlar.

Günün əsas qəhrəmanları almaniyalı dağ xizəkçisi, superkombinasiyada birinci yeri tutmuş Mariya Hefl-Riş, kanadalı fristaylçı Aleks Bilodo və onun həmvətəni, şort-trekçi Şarl Amlen, fransalı biatlonçu Murtan Furkad və 500 metr məsafədə konkisürmə yarışlarının qalibi hollandiyalı Mixael Malder olmuşlar. Onlar öz vətənlərinə qızıl medal qazandırmışlar.

Oyunların üçüncü gününün startlarına yekun vurulduqda məlum olmuşdur ki, üç ölkə Kanada, Hollandiya və Norveç daha çox-hərəyə 7 medal qazanmışlar. Kanadalılar və Hollandiya idmançıları qızıl mükafatların sayına görə ilk iki pillədə qərar tutmuşlar. Bu ölkələrin təmsilçiləri üç dəfə fəxri kürsünün zirvəsinə yüksəlmişlər.

Cədvəlin müvafiq surətdə dördüncü-beşinci pillələrində irəliləyən ABŞ idmançılarına 2 qızıl və 3 bürünc mükafat, Almaniya komandasına isə 2 qızıl medal təqdim olunmuşdur.

Olimpiada sahibləri Rusiya olimpiyaçıları ilk üç yarış günündə 6 medal-1 qızıl, 2 gümüş və 3 bürünc mükafat qazanaraq ümumi hesabda altıncı yerə çıxmışlar.

Dünən, yarışların dördüncü günü daha səkkiz dəst medal öz sahiblərini gözləyirdi. Bu gün isə fiqurlu konkisürmə yarışlarına start veriləcəkdir. Xatırladaq ki, bu növdə Azərbaycanı Yuliya Zlobina və Aleksey Sitnikov dueti təmsil edir.

 

Oqtay BAYRAMOV,

“Xalq qəzeti” 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında