2015-ci ildə Bakıda keçiriləcək birinci Avropa Oyunlarının açılış mərasiminə 500 gün qalır

 

 

Hazırlıq işləri bütün Avropa xalqlarını birləşdirəcək əzəmətli idman festivalı keçirməyə hədəflənmişdir. Bu həftədən başlayaraq “Bakı-2015” Təşkilat Komitəsi Avropa Oyunlarında iştirak edəcək Avropanın 49 Milli Olimpiya Komitəsinə  idman növlərinin təsnifatı haqqında məlumatı göndərməyə başlayacaqdır.

Avropa Oyunlarının proqramında yeddi idman növündən az olmamaq şərtilə 2016-cı il Rio-de-Janeyro Olimpiya Oyunları üçün təsnifat xarakterli yarışlar olacaqdır. Bunlar velosiped idman növü, güllə atıcılığı, üzgüçülük, stolüstü tennis, taekvondo, triatlon və çimərlik voleyboludur. Habelə “Bakı-2015”-in proqramına digər idman növləri üzrə Olimpiya kvalifikasiyası əlavə edilə bilər.

İlk Avropa Oyunlarının proqramında hazırda 18 idman növü vardır və yarışlarda  5 min 400-dən artıq idmançının iştirakı gözlənilir.

Beynəlxalq Olimpiya Komitəsinin (BOK) üzvü və Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikki qeyd etmişdir ki, Bakı gələn il keçiriləcək Avropa Oyunları çərçivəsində yüksək səviyyəli idman yarışının təşkili üçün çox əlverişli şəraitə malikdir.

 Patrik Hikki bildirmişdir ki, Avropa Oyunlarına hazırlıq mərhələsinin 500 gününə daxil olan Bakıya uğurlar arzulayıram. Azərbaycan bütün Avropanın qürur duyacağı yüksək keyfiyyətli idman tədbiri təşkil edəcəkdir. Biz bu mühüm hədəfə nail olmaq və əzəmətli idman tədbirinin hazırlıq işlərində irəliləyişi əldə etmək məqsədilə “Bakı-2015”-ə cəlb edilən hər kəsi təbrik edirik.

Azərbaycanın gənclər və idman naziri, “Bakı-2015” Əməliyyat Komitəsinin baş icraçı direktoru Azad Rəhimov vurğulamışdır ki, hər ötən gün Bakıda keçiriləcək ilk Avropa Oyunlarının daha diqqətlə təşkili məsuliyyətini və şərəfini artırır. Oyunlar üçün yaradılan yeni infrastruktur şəhərin görünüşünü tamamilə dəyişəcəkdir.

Azad Rəhimov qeyd etmişdir ki, Avropa Oyunları üçün böyük həcmli tikinti layihələri bizim gənclərimizə onlardan onilliklər boyu faydalanmağa imkan verəcəkdir. Beynəlxalq standartlara cavab verən arenaların açılması daha çox gənci idmanla məşğul olmağa həvəsləndirəcək və Avropada yeni idman məkanının meydana çıxmasını təmin edəcəkdir. Bu, Azərbaycanın Avropada idman, biznes, turizm və mədəniyyət istiqamətlərində dinamik məkana çevrilməsinə yardımçı olacaqdır.

“Bakı-2015”  Əməliyyat Komitəsinin baş əməliyyat rəhbəri Cim Şer demişdir: “Bu günədək müsbət irəliləyiş əldə edilmişdir. İnkişaf davam etməkdədir, bizim heyətlər arasında əsassız özünə güvənmə hallarına yol verilməyəcəkdir. Növbəti 500 gün ərzində Avropa Olimpiya Komitəsi, Azərbaycan xalqı və Avropa idmançıları qarşısında öhdəliklərimizin yerinə yetirilməsi üçün hələ görüləcək çox iş vardır. Lakin biz bu günədək əldə etdiyimiz irəliləyişdən məmnunuq”.

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında