Küveyt yığması Azərbaycan komandasının qonağıdır

Yaxınlaşmaqda olan Avropa çempionatının seçmə yarışlarına hazırlığı davam etdirən Azərbaycan milli komandasının futbolçuları bu gün Küveyt yığması ilə yoldaşlıq görüşündə qüvvələrini sınayacaqlar. Saat 21-də Tofiq Bəhramov adına Respublika stadionunda başlanacaq oyunu Sergey Karasyovun başçılıq etdiyi rusiyalı hakimlər briqadası idarə edəcəkdir.
Xatırladaq ki, Azərbaycan kollektivi qitə çempionatının seçmə mərhələsində Almaniya, Türkiyə, Avstriya, Belçika və Qazaxıstan komandaları ilə bir qrupda çıxış edəcəkdir. Təqvimə əsasən, bu il Berti Foqtsun yetirmələri üç oyunda meydana çıxacaqlar. Yığmamız seçmə sınaqlarına sentyabrın 7-də səfərdə sonuncu dünya çempionatının bürünc mükafatçısı Almaniyaya qarşı görüşlə başlayacaq. Daha iki oyunumuz isə oktyabrın 8-də yenə rəqib meydanında Avstriya və oktyabrın 12-də Bakıda Türkiyə futbolçularına qarşı olacaqdır.
Qeyd edək ki, bu gün Türkiyə komandası da Avropa çempionatının seçmə yarışlarına hazırlıq proqramı çərçivəsində İstanbulda yoldaşlıq görüşü keçirəcəkdir. Onun rəqibi Rumıniya yığması olacaq.

{nl}

Futbol hünərinə görə mükafat - "Borussiya" ilə iki görüş
Bu fikir UEFA saytının əməkdaşlarına məxsusdur. Onlar Avropa Liqası turnirinin pley-off mərhələsi üçün atılmış püşkün yekunlarını şərh etdikləri bir yazıda "Qarabağ"ın ünvanına xoş sözlər söyləmişlər və biz bununla xüsusi bir qürur duya bilərik.
Həmin sətirlərlə siz də tanış olun: "Qarabağ" bu mövsümdə Avroliqanın təsnifat yarışlarında əsas kəşflərdən biri olmuşdur. Makedoniyanın "Metallurq", Şimali İrlandiyanın "Portadaun" komandalarını və möhkəm klub olan "Visla"nı (Polşa) turnirdən kənarlaşdıran ağdamlılar bu futbol hünərinə görə mükafat olaraq 1997-ci ildə Avropa Çempionlar kubokunun sahibi və ötən bundesliqanın beşinci komandası "Borussiya" ilə iki görüş oynamaq hüququ qazanmışlar".
Biz də öz növbəmizdə xatırladaq ki, "Borussiya" ilə ilk oyun avqustun 19-da Dortmundda, cavab görüşü isə bundan bir həftə sonra Bakıda keçiriləcəkdir.

{nl}

Vüqar Həşimov ikinci mükafatçıdır
Azərbaycanlı qrossmeyster Vüqar Həşimov Almaniyanın Maynts şəhərində keçirilmiş sürətli şahmat üzrə dünya çempionatının ikinci mükafatçısı olmuşdur. Təmsilçimiz 701 rəqibin mübarizə apardığı 11 turdan ibarət yarışda 9,5 xal toplamışdır.
Turnirin qalibi adını isə finişə 10 xalla çatan Qata Kamski(ABŞ) qazanmışdır.

{nl}

Oqtay BAYRAMOV, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında