Yunan-Roma güləşi üzrə Azərbaycan millisi “Yadigar İmam Kuboku” Beynəlxalq turnirinin ilk günündə bir medal qazanmışdır

 

 

 

Yanvarın 23-də İran İslam Respublikasının paytaxtı Tehranda yunan-Roma güləşi üzrə 34-cü “Yadigar İmam Kuboku” Beynəlxalq turnirinin ilk gününə yekun vurulmuşdur. 

AzərTAc xəbər verir ki, “7 tir” Arenada  təşkil olunmuş yarışda yunan-Roma güləşi üzrə Azərbaycan yığma komandası da mübarizə aparmışdır.

Turnirin ilk günündə 59, 71, 80 və 98 kiloqram çəki dərəcələrində yarışan güləşçilər xalça üzərinə çıxmışlar.

Millimizin heyətində Elman Muxtarov (59 kq), Hacımurad Bağmanov (71 kq), Elvin Mürsəliyev (80 kq) və Araz Həsənov (98 kq) mübarizə aparmışlar.

Azərbaycan idmançılarından yalnız E.Muxtarov mükafatçılar sırasında yer almışdır. Güləşçimiz bürünc medala sahib olmuşdur.

Gərgin idman mübarizəsi şəraitində keçən yarışda Möhsan Hacıpur (59 kq, İran), həmçinin Macarıstan güləşçiləri Tomis Lorinç (71 kq), Peter Baçi (80 kq) və Balaş Kış (98 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxmışlar.

Yanvarın 24-də yekun vurulacaq yarışda Azərbaycan ilə yanaşı, İran, İraq, Türkiyə, Koreya Xalq Demokratik Respublikası, Yaponiya, Gürcüstan, Macarıstan, İsveç və Ermənistandan olan pəhləvanlar mübarizə aparırlar.

Səxavət QULİYEV,

AzərTAc-ın müxbiri

Tehran


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında