Azərbaycanın məşhur şahmatçısı Vüqar Həşimov son mənzilə yola salınmışdır

 

Yanvarın 14-də Azərbaycanın məşhur şahmatçısı, ölkə və Avropa çempionu, beynəlxalq qrossmeyster Vüqar Həşimov son mənzilə yola salınmışdır.

 AzərTAc xəbər verir ki, Respublika Şahmat Mərkəzində təşkil olunan vida mərasimində hökumət rəsmiləri, Milli Məclisin deputatları və ölkənin idman ictimaiyyətinin nümayəndələri iştirak etmişlər.

Mərhumun cənazəsi Respublika Şahmat Mərkəzinin salonunda qoyulmuşdu. Tabutun  önünə müxtəlif təşkilatların kollektivləri adından əklillər, o cümlədən tanınmış şahmatçı Vüqar Həşimovun beynəlxalq yarışlarda qazandığı kuboklar və medallar  düzülmüşdü.

 Salonda həzin matəm musiqisi səslənirdi.

Vüqar Həşimovun həmkarları, dostları, tanışları, veteran idmançılar və ziyalılar  axın-axın Respublika Şahmat Mərkəzinin binasına gəlir, mərhuma son  borclarını verirdilər.

Vida mərasimindən sonra beynəlxalq qrossmeyster Vüqar Həşimovun cənazəsi üçüncü Fəxri Xiyabanda torpağa tapşırılmışdır.

Hələ kiçik yaşlarından şahmata böyük maraq göstərmiş, öz istedadı ilə fərqlənmiş və qısa müddətdə yüksək nailiyyətlər əldə etmiş qrossmeyster Vüqar Həşimovun vaxtsız vəfatı bütün idman ictimaiyyətinin nümayəndələrini son dərəcə kədərləndirmişdir. Onun  Azərbaycan idmanı qarşısındakı xidmətləri əvəzsizdir. Azərbaycan şahmat məktəbinin inkişafına misilsiz töhfələr vermiş Vüqar Həşimov  öz parlaq qələbələri ilə ölkəmizin adını daim yüksəklərə qaldırmışdır.

Şahmatda qazandığı ilkin nailiyyətlərinə görə 1998-ci ilin yanvar və dekabr aylarında ümummilli lider Heydər Əliyev tərəfindən qəbul edilmiş və mükafatlandırılmışdı.

 Azərbaycan xalqı bu zəka sahibindən  hələ çox qələbələr, yeni-yeni uğurlar gözləyirdi. Lakin vaxtsız əcəl Vüqar Həşimovun ömrünü yarımçıq qoydu. Həmişə öz mükəmməl gedişləri ilə dünyanın məşhur şahmatçılarını mat qoyaraq xalqımıza sevinc bəxş edən Vüqar Həşimov budəfəki son gedişi ilə bizlərə kədərli anlar yaşatdı. Dünya şöhrətli azərbaycanlı şahmatçı istedadının çiçəklənən bir vaxtında Almaniyanın Heydelberq şəhərindəki klinikada dünyasını dəyişdi.

Aramızdan vaxtsız getmiş Vüqar Həşimovun parlaq xatirəsi Azərbaycan xalqının, bütün şahmatsevərlərin qəlbində daim yaşayacaqdır.

 

 Allah rəhmət eləsin!


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında