Vüqar Həşimovun vəfatı xəbəri bütün şahmat dünyasını sarsıtdı

 

Vüqar Həşimov vəfat etmişdir. Azərbaycanda adı və soyadı bu məşhur şahmatçının adı və soyadı ilə eyni olan şəxslər olub-olmadığını bilmirəm, lakin bu kədərli xəbəri eşidən hər kəs onu məhz şahmatçı Vüqara aid edir.

Onun xəstələnməsini çox adam bilir, çoxları onun vəziyyəti ilə maraqlanır, hamı onun sağalacağına ümid edirdi. Hamı – onu şəxsən tanıyanlar da, ölkənin adi sakinləri də.

İnsanın ölümü, əlbəttə, ilk növbədə onun yaxınları üçün ağır xəbərdir. Lakin gənclər, üstəlik öz ölkəsini şöhrətləndirən gənclər dünyasını dəyişəndə bu xəbər çoxları üçün faciəyə çevrilir.

Vüqarla cəmi bir dəfə – ölkəmizin şahmat üzrə yığma komandası Avropa çempionatından Vətənə qələbə ilə qayıdanda, Heydər Əliyev Beynəlxalq Aeroportunda görüşmüşəm. 10 dəqiqəlik söhbət müddətində ona heyran qaldım, desəm, mübaliğə olmaz. Vüqar çox səmimi insan idi. Onun təbəssümünü başqasının təbəssümü ilə dolaşıq salmaq olmazdı. Onu qarşılamağa gələnlərin hər biri ilə səmimi görüşüb söhbət etdi. Mənə elə gəldi ki, o, hər sahədə peşəkardır. Mənim suallarıma verdiyi cavabları redaktə etmədən xəbər lentinə yerləşdirmək olardı – heç bir artıq söz demir, heç bir səhvə yol vermirdi.

Bu gün isə idman agentliklərinin çoxunun xəbər lenti bu kədərli xəbəri yayır, dünyanın tanınmış şahmatçıları Vüqarın doğmalarına başsağlığı verirlər. Səmimi etiraf edirəm ki, şəxsən mən çoxdan bu cür səmimi sözlər oxumamışdım.

Daha nə deyim? Vüqarın doğmalarına səbr diləyirəm...

Ziyadxan Həsənov
AzərTAc-ın müxbiri 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında