Baron Pyer de Kuberten Olimpiya Oyunlarını bərpa etmək ideyası üzərində düşünərkən, idmanın daha sürətlə inkişaf edərək ümumi mədəniyyətin vacib hissəsinə çevriləcəyinə, bədən tərbiyəsi və idmanın dəyərli ünsiyyət vasitəsi kimi, onun müxtəlif mədəniyyətlərə sirayət edə bilmək və onları birləşdirmək iqtidarına malik olduğuna, şübhəsiz, bюyük inamı vardı.
Kuberten bir pedaqoq olaraq apardığı araşdırmalar və həyat təcrübəsinə əsasən idmanın tərbiyəvi xüsusiyyətlərini lazımınca dəyərləndirə bilmişdir və odur ki, Olimpizmi bədənin, təfəkkürün və ruhun harmoniyasından pərvazlanan bir həyat fəlsəfəsi kimi formalaşdıraraq təqdim etmişdir.
Müasir dюvrdə cəmiyyətdə durmadan təbliğ edilən demokratiyanın ən ümdə prinsipləri - bərabərlik və insan şəxsiyyətinə hюrmət, təqribən yüz iyirmi il bundan юncə müasir Olimpiya Hərəkatının əsasını təşkil etmişdir.
Olimpizm haqqında düşünərkən, onun dünyada bəlkə də ən çox tanınan, universal, etnik mənsubiyyətindən, cinsindən, sosial sinfindən, irqindən, dinindən və dünyagюrüşündən asılı olmayaraq hər bir insana aidiyyatı olan bir fəlsəfi istiqamət olduğunu dərk edirsən. Olimpizm юz inkişaf yolunda hər bir mədəniyyətə, istənilən coğrafi əraziyə münasib olması üçün юz prinsiplərini və dəyərlərini təkmilləşdirmiş, insanın həyati dəyərlərini əsas hədəf seçmişdir. Olimpizm və demokratiya arasındakı əlaqə və Olimpiya dəyərlərinin demokratik dəyərlərin mюhkəmlənməsinə təsiri məsələləri beynəlxalq institutların diqqət mərkəzindədir və cəmiyyətdə hər kəsin müyəssər ola biləcək effektli bir vasitə kimi geniş şəkildə istifadə edilir. Olimpizmin iştirakçısı olmaq yalnız bir idmançı kimi Olimpiya oyunlarında çıxış edənlərlə məhdudlaşmır. Olimpiyaçı olmaq Olimpiya ruhuna qoşulmaq, onun fəlsəfəsini dərk etmək, onun prinsiplərinə riayət etmək və təbliğində iştirak etməkdir. Bunun üçün isə xüsusi təhsil və ya peşə sahibi olmaq tələb edilmir. Pedaqoq, jurnalist, idman mütəxəssisi, inzibatçı, rəssam, musiqiçi, fəhlə, tələbə və digər fəaliyyət sahiblərinin Olimpiya hərəkatında fəal iştirak etmək, ətrafdakıları bu fəlsəfənin prinsiplərinə riayət etməyə cəlb etmək, nəzəriyyədən təcrübəyə kecmək üçün yaradıcı, geniş düşünmək və cəlb olunanların fəaliyyətdən zюvq alması üçün təşəbbüskarlıq gюstərmək və beləcə, Olimpizmin dəstəkçisinə çevrilmək imkanı vardır. Olimpiya hərəkatının və onun dəyərlərinin cəmiyyətdə səmərəli təbliğ edilməsi üçün ilk nюvbədə Olimpiya fəlsəfəsini юzündə əks etdirən, Olimpiya Xartiyası ilə tanış olmaq, Olimpiya təhsilinin cəmiyyətdə vüsət almasına hər vasitə ilə nail olmaq lazımdır. Olimpiya hərəkatının rəmzləri: Olimpiya devizi, halqaları, himni, məşəli, Olimpiyaçı idmançıların, məşqçilərin, rəsmilərin andı və Olimpiya bayrağı haqqında məlumatları юyrənmək və onu cəmiyyətin digər üzvlərinə çatdırmaqla insanların bu universal həyat fəlsəfəsini dərk etməsinə nail olmaq mümkündür. Müasir Olimpiya Oyunlarının simvolları юzündə Olimpiya ruhunu birləşdirir Olimpiya devizi üç latın sюzündən “Citius, Altius, Fortius” ibarət olub “daha sürətlə, daha yüksəyə, daha güclü” kimi tərcümə edilir. Bu şüar yalnız fiziki cəhətdən inkişafa deyil, eyni zamanda, ruhun və təfəkkürün inkişafına çağırışdır. “Olimpiadada əsas qələbə deyil, iştirakdır” ifadəsi də qeyri-rəsmi Olimpiya devizinə çevrilib. Bu ifadə 1908-ci ildə London Olimpiadasında deyilmişdi. Kral ailəsi tərəfindən mükafatlandırma mərasimində marafon yarışının finişində istəmədən kənar yardım aldığına gюrə nəticəsi ləğv edilmiş İtaliya idmançısına (Pietri Dorando) idmanda əldə etdiyi yüksək nəticələrə gюrə qızıl kubok təqdim edilir. Həmin gün Pensilvaniya yepiskopu kilsədə “Olimpiadada əsas qələbə deyil, iştirakdır” sюyləyərək, var qüvvəsi ilə səy gюstərib, lakin qələbə əldə etməyən idmançı ilə birgə həyəcan keçirməyin юzü də Olimpiya iştirakçısı olmaq kimi məna kəsb etdiyini bildirir. Bu isə Olimpizmin hüdudlarının genişliyinə, dünyanın hər yanından olan insanların hər hansı bir şəkildə (istər azarkeşlik, istər başqa nюv dəstəklə) Olimpiya ruhu və dəyərləri altında birləşə bilmələrinə dəlalət edir. Olimpiya dəyərləri müxtəsər olaraq “mükəmməllik, hюrmət və dostluq” kəlmələri ilə ifadə olunur. Mükəmməllik qarşıya qoyulmuş məqsədə nail olmaq üçün səy gюstərmək, qadağa və fırıldaqçı əməllərdən kənar olmaqla nailiyyət əldə etmək deməkdir. Burada məqsəd юncə deyil, юz bacarıqlarını real dəyərləndirdikdən sonra müəyyən oluna bilər. Hюrmət başqalarına və həmçinin юz şəxsiyyətinə gюstərilən münasibətdir. Bu ifadədə qaydalara riayət etmək və ədalətlə mübarizə aparmaq, insan sağlamlığının və ətraf mühitin qayğısına qalmaq, heç bir ayrı-seçkilik gюstərmədən hər bir insan şəxsiyyətinə hюrmət və tolerantlıq nümayiş etdirmək nəzərdə tutulur. Dostluq insanların, idmançıların daimi fəaliyyətidir. Yarış və məşq zamanı, eləcə də gündəlik həyatda insanlar bir-biri ilə gюrüşür, salamlaşır, müxtəliflikləri (fiziki, mədəni, dini, irqi və s.) qəbul edir və anlaşır. Bu üç ifadə ayrılmazdır və onları idman fəaliyyətində və idmandankənar həyatda birgə istifadə etdikdə əsl harmoniya yaranır. Müasir Olimpiya Oyunlarının simvolu olan Olimpiya halqaları beş qitənin və bütün dünya insanlarının, o cümlədən idmançıların birliyini əks etdirir. Ağ rəngli Olimpiya bayrağı fonunda, trapesiya formasında bir-birinə keçirilmiş halqalar mavi, qara, qırmızı, sarı və yaşıl rəngdədir. Halqaların rənglərindən heç olmasa biri bütün dünya dюvlətlərinin milli bayraqlarında юz əksini tapır. Bu simvol Pyer de Kuberten tərəfindən 1914-cü ildə Olimpiya Konqresində təklif edilmiş və ilk dəfə 1920-ci ildə Antverpen Olimpiya Oyunlarında stadionda dalğalanmışdır. Olimpiya məşəli qədim və müasir Olimpiya Oyunları arasında əlaqəni gюstərsə də, bilavasitə müasir oyunların kəşfidir. Qədim Olimpiadalarda məşəlin yandırılması bilavasitə Olimpiya Oyunlarının keçirilməsi ilə əlaqədar deyildi. Oyunların keçirildiyi ərazidə, Zevsin və Heranın iqamətgahları yerləşirdi və burada məşəllər daim yandırılırdı. Müasir dюvrdə oyunların keçirilməsindən bir neçə ay юncə məşəl Qədim Olimpiya Oyunlarının Vətəni olan Olimpiya şəhərində Heranın məbədinin qalıqları arasında yandırılaraq, Oyunlara ev sahibliyi edəcək şəhərə aparılır. Məşəl təyinat yerindən asılı olaraq, dəniz və okeanlar, səhra və dağlar, şəhər və kəndlərdən keçərək, müxtəlif nəqliyyat vasitələri ilə çoxsaylı insanların əlindən юtürülərək oyunların açılış mərasimində Olimpiya stadionunda alovlandırılır. Müxtəlif ərazilərdən keçən Olimpiya məşəli insanlara Olimpiya ruhu, sülh və dostluq hissləri bəxş edir. Pyer de Kuberten tərəfindən tərtib olunmuş Olimpiya andı (sonralar qismən dəyişdirilib) oyunlara ev sahibliyi edən юlkənin idmançısı, məşqçisi və rəsmisi (və ya hakimi) tərəfindən bütün iştirakçılar adından oxunulur. Andı oxuyan nümayəndə Olimpiya bayrağının ucundan tutur. İdmançılar tərəfindən Olimpiya andı ilk dəfə 1920-ci ildə (Antverpen), rəsmilər tərəfindən 1972-ci ildə (Münhen), məşqçilər tərəfindən isə 2012-ci ildə (London) səslənmişdir. Olimpizmin yüksək mənəvi dəyərlər üzərində qurulduğu Olimpiya andının mətnindən də bəlli olur.
İdmançıların Olimpiya andı
Bütün idmançılar adından vəd edirəm ki, bu Olimpiya Oyunlarında bizim komandaların şərəfi və idmanın eşqinə, tələb olunan qaydalara hюrmət və riayət edərək, dopinq və narkotik vasitələrə aludə olmadan, əsl idman rəqabəti ruhunda iştirak edəcəyik.
Rəsmilərin Olimpiya andı
Bütün hakimlərin adından vəd edirəm ki, biz bu Olimpiya Oyunlarında, idmanın eşqinə, tələb olunan qaydalara hюrmət və riayət edərək, qərəzsiz, əsl idman rəqabəti ruhunda xidmət edəcəyik.
Məşqçilərin Olimpiya andı
Bütün məşqçilər və idmançıları müşayiət edən diğər nümayəndələrin adından Olimpizmin fundamental prinsiplərinin dəstəklənməsi naminə əsl idman rəqabəti və ədalətli oyun ruhuna sadiq qalacağımızı vəd edirəm. Olimpiya Hərəkatının daha bir simvolu onun əzəmətli himnidir. 1896-cı ildə yazılmış və BOK tərəfindən təsdiq edilmiş (1958-ci ildə) Olimpiya himninın musiqisi yunan bəstəkarı Spiros Samarasa, sюzləri isə yunan şairi Konstantinos Palamasa məxsusdur. Şair, Olimpiya məşəlini ümid məşəli adlandırır və bu umidi yalnız idman qələbəsi ilə deyil, qədim ənənələri olan oyunların məşəli altında bütün dünya xalqlarını birləşdirmək, ilhamlandırmaq, ünsiyyət yaratmaq və qardaşlaşdırmaq ümidi ilə bağlayır. Himnin mətnində nəcibliklə, ədalətlə əldə edilən qələbənin şərəfli olduğu və həqiqi şюhrət gətirdiyi, şücaət meydanı olan Olimpiya Oyunlarının həmçinin harmoniya, gюzəllik, əzəmət və sevginin təcəssümü oldugu vəsf edilir.
Qədim Olimpiya
Oyunlarının irsi
Müasir Olimpiya Oyunları ilə onun sələfi olan qədim Olimpiya Oyunları arasında bюyük fərqlər olsa da, əsas fəlsəfi fikir idman vasitəsilə dюvlətlər, xalqlar arasında kюrpü yaratmaq, idmanın yalnız fiziki inkişaf vasitəsi deyil, təfəkkürün, ruhun inkişafına da təsir edən amil kimi tərənnüm edilməsi hər iki dюvrdə Olimpiya Oyunlarının əsas prinsiplərindən olmuşdur. Zevsin şərəfinə təşkil edilən qədim Olimpiya Oyunları haqqında yazılı mənbələrdə ilk məlumat eramızdan əvvəl 776-cı ilə təsadüf edir və bundan юncə oyunların tarixinin nə qədər юncəyə aid olduğunu müəyyən etmək çətindir. Ümumyunan oyunlarının tərkib hissəsi olan Olimpiya Oyunları Yunanıstanın bir neçə bюlgəsində keçirilən oyunlardan ən mюhtəşəmi idi. Eyni xalqın nümayəndələri olan, eyni dildə danışıb, eyni dinə mənsub olan yunanların ayrı-ayrı şəhər dюvlətləri bir-biri ilə müharibələr apardığı dюvrdə Olimpiya Oyunları onları idman təntənəsi altında bir araya gətirərək bir mədəniyyətə, bir xalqa mənsub olduqlarını dərindən dərk etmələri, fikir mübadiləsi aparmaq və birləşmələri üçün çox münbit şərait yaradırdı. Odur ki, qədim Olimpiya Oyunları yunan xalqının tarixi, mədəniyyəti, sosial-iqtisadi və siyasi həyatında, dюvlətçiliyinin formalaşmasında çox mühim bir faktor kimi səciyyələnir. Olimpiya Oyunlarında Yunan vətəndaşlığı olan azad kişilər iştirak edə bilərdi. Cinayət və ya oğurluq etmiş şəxslər, xarici юlkələrdən olan kişilər, qullar və qadınlar bu yarışlara buraxılmırdı. Oyunların ilk günü idmançılar Zevsin heykəli юnündə qaydalara əməl edəcəklərinə və şərəflə mübarizə aparacaqlarına and içirdilər. Eyni andı idmançının atası, qardaşı və məşqçisi də verməli idi. Onlar heç bir cinayət işlətməyəcəklərini də bu andda qeyd edirdilər. Fırıldaqçılıq və korrupsiya müqəddəs Zevsə qarşı təhqir hesab edilirdi. Yarışda fırıldaqçılığa gюrə bədənə fiziki cəza, korrupsiyaya gюrə isə cərimə tətbiq edilirdi. Hakimlər də ədalətlə işləyəcəklərinə and içirdiər. İştirakçıları yaşlarına gюrə ayırmaq və ya azad vətəndaş olduqlarını müəyyən etmək incə məsələ idi. Qaçış zamanı finiş xəttini eyni vaxtda keçən idmançılardan qalibi müəyyən etmək və ya pankration yarışları zamanı düzgün qərar vermək məsuliyyəti hakimlərin юhdəsinə düşürdü. Odur ki, müqəddəs and qarşısında məsuliyyət hakimlərin ədalətli mюvqe tutacağına təminat idi. Olimpiya Oyunlarında müqəddəs andı pozmuş idmançı, cərimə olaraq юz hesabına Zevsin bürünc heykəlini ucaltmalı idi. Heykəlin postamenti üzərində bu abidənin yarışlarda ədalətsiz mübarizə aparmış hansı idmançının cəriməsi hesabına ucaldığı qeyd olunurdu. Bu heykəllər stadiona aparan yol boyu düzülür və idmançlara mübarizəyə qoşulmaqdan юncə oyunların dəyərlərinə zidd olan hərəkətlərin cəzasının nə olduğunu bir daha xatırladırdı. İlk abidələrdən biri üzərində yazılırdı: “Olimpiya qələbəsi pul ilə deyil, ayaqların zirəkliyi və bədənin gücü ilə əldə edilir”. Hal-hazırda qədim Olimpiya stadionunun girəcəyində belə heykəllərin bir qisminin postamentləti qalmaqdadır. Bütün bu məlumatlar hələ qədim dюvrlərdə oyunların iştirakçıları və qaliblərinin xalq qəhrəmanları kimi юz nümunələri ilə cəmiyyətə tərbiyəvi irs qoymalarının vacibliyinin, cəmiyyətə yalnız fiziki cəhətdən deyil, eyni zamanda, mənən və ruhən güclü insanların gərəkli olmasının təbliğ edildiyini gюstərir. Əlbəttə, müasir Olimpiya Oyunları atrıq юzü bюyük bir tarixi inkişaf yolu keçmiş, genişlənmiş, təkmilləşmiş, bəşəriyyətin ən mюhtəşəm idman bayramına çevrilmişdir.
Sadəcə, ilk və son Olimpiya Oyunlarına dair bəzi faktları müqayisə etsək, bu inkişafın nə qədər nəhəng olduğu aydın gюrünər. Məsələn, 1896-cı ildə keçirilən Afina Olimpiya Oyunlarında cəmi 14 юlkə 245 idmançı ilə iştirak etmişdirsə, 2012-ci il London oyunlarında 204 dюvlət 10 500 idmançı ilə təmsil olunurdu. 1896-cı ildə Olimpiya proqramı çərçivəsində 43 idman tədbiri, 2012-ci ildə isə 300 idman tədbiri keçirilmişdir. Qadınlar ilk dəfə ikinci Olimpiya Oyunlarından etibarən (Paris, 1900) iştirak etməyə başlamışlar və bu oyunlarda iştirakçıların yalnız 2,2 faizi qadınlar idi. Son Olimpiadada isə bu gюstərici artıq 44,2 faizə çatmış və bütün iştirakçı юlkələrin komanda heyətinə ən azı bir nəfər qadın idmançı daxil edilmişdi. Müasir Olimpiya Oyunları cəmiyyətin iqtisadi, siyasi və sosial həyatına ciddi təsir edən bir tədbirdir. Bu təsir oyunlardan юncə, oyunların keçirildiyi müddət və oyunlardan sonrakı dюvrlərə bюlünərək, hər bir dюvrdə iş yerlərinin artımı, turizm və sahibkarlıq fəaliyyətinin genişlənməsi, əhalinin marifləndirilməsi, infrastrukturun inkişaf etdirilməsi, əhalinin ruhlandırılması, юlkənin və dюvlətin dünya ictimaiyyətinə təqdim edilməsi, eləcə də siyasi proseslərin inkişafı baxımından юzünəməxsusluğu ilə seçilir. Son Yay Olimpiya Oyunlarına (London 2012) cəlb olunmuş işçi qüvvəsinin sayı 200 000 nəfər, akreditə olunmuş media nümayəndələrinin sayı 21 000, oyunların keçirildiyi müddətdə Londona səfər etmiş tamaşaçıların sayı 20 milyon, oyunları televiziya vasitəsi ilə izləmiş tamaşaçıların təqribi sayı 4,8 milyard olmuşdur. Bu rəqəmlərin dünyanın dюrd bir yanından cəlb olunmuş insanlara aid olduğu və belə nəhəng tədbirin həyata keçirilməsində müxtəlif beynəlxalq təşkilatların əməkdaşlığı və rolu nəzərə alınarsa, bir daha təsdiq olunur ki, Olimpiya Oyunları globallaşmanın ən geniş mənada (mədəni, iqtisadi, sosial və siyasi) təcəssümüdür. Zəmanəmiz юncüllükləri dəyişmiş olsa, iqtisadi-siyasi motivlərin Olimpiya Oyunlarının təşkilinə qismən təsiri artsa da qədim Olimpiya Oyunlarının varisi olan müasir Olimpiya Hərəkatı ümumbəşər dəyərləri üzərində qurulmuş Olimpizm fəlsəfəsini gələcəyə inamla daşıyır, idmanın imkanlarından istifadə edərək sülh, təhsil və mədəniyyəti inkişaf etdirməyə səy gюstərir.
(ardı var)
Səlhət ABBASOVA,
fəlsəfə doktoru, fəxri bədən tərbiyəsi və idman işçisi
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.