Gürcüstanda “maqnit adam” Etibar Budaqlı bir gündə 6 dünya rekordu qazanmışdır

 

 

Borçalı sakini olan və Ginnesin Rekordlar Kitabına düşən “maqnit adam” təxəllüsü ilə tanınan

Etibar Budaqlı dekabrın 28-də Tiflisdə 6 dünya

rekordu qazanmışdır.

APA -nın Gürcüstan bürosunun məlumatına görə, E. Budaqlı öncə 52 qaşığı sinəsinə düzərək 6 dəqiqə 15 saniyə saxlamışdır. Sonra o, sinəsinə yapışdırdığı 10 sinini 1 dəqiqə 15 saniyə saxladığını nümayiş etdirmiş və sonra üzərində 84 kq yüklə 25 saniyə qaçmışdır.

 Bundan sonra E. Budaqlının sinəsinə yapışdırılan dəmirin üstünə 15 kirəmit kərpic qoyulmuş və çəkiclə zərbə vurularaq qırılmışdır. “Maqnit adam” həmin gün bədəni ilə 147 kq yükü 30 saniyə saxlamışdır. O, sonuncu rekordunda maqnitin gücü ilə saxladığı 19 kq dəmirin üstündə oturan və 55 kq çəkidə olan gənci sinəsində saxlamış  və kəndirlə 1540 kiloqramlıq “Mercedes” markalı avtomobili 10 metr dartmışdır.Tədbirdə E. Budaqlıya diplomlar və mükafatlar təqdim olunmuşdur.

“Maqnit adam”ın bir gündə əldə etdiyi bu rekordları dünyanın bir çox telekanalları, o cümlədən Azərbaycan televiziyaları və media nümayəndələri işıqlandırmışlar.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında