Azərbaycan şahmatçıları Birləşmiş Ərəb Əmirliklərində

 

 

 

Bu günlər Azərbaycan şahmat məktəbinin bir qrup yetirməsi Birləşmiş Ərəb Əmirliklərinin qonağıdır. Təmsilçilərimiz bu ölkədə keçirilən 8,10, 12, 14, 16 və 18 yaşlı oğlan və qızlar arasında dünya çempionatının medalları uğrunda mübarizə aparırlar.

Qızların turnirində altı turdan sonra iki şahmatçımız liderlərlə yanaşı addımlayır. Xanım Balacayeva 12 yaşlıların yarışında 5,5 xal toplayaraq rusiyalı Polina Şuvalova və bolqar Qabriela Antonova ilə birinci-üçüncü yerləri bölüşdürür. Səbinə İbrahimova isə 18 yaşlı iştirakçılar arasında inamla çıxış edir. Şahmatçımız altı görüşdə 5 xal qazanmış və onunla eyni nəticə göstərən Belarus, İspaniya, Qazaxıstan və Kolumbiya nümayəndələri ilə birlikdə ilk beşliyə daxildir.  Ayan Allahverdiyeva və Nərmin Məmmədova müvafiq surətdə 8 və 14 yaşlı şahmatçıların rəqabətində hərəyə 5 xal toplayaraq liderlərdən bir xal geri qalırlar.

Oğlanların çempionatında isə Abdulla Qədimbəyli altı turda 5 xal toplamışdır. Onu turnir cədvəlinə başçılıq edən rusiyalı Andrey Yesipenkodan yarım xal ayırır.

Oqtay BAYRAMOV,
“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında