“Barselona” Bakıya gələcək

 

 

Futzal üzrə UEFA kuboku yarışlarının “Dördlər finalı” Bakıda təşkil olunacaq UEFA İcraiyyə Komitəsinin İspaniyanın Bilbao şəhərində keçirilmiş iclası məhz belə qərar çıxarmışdır.

“Dördlər finalı” gələn ilin aprelində keçiriləcəkdir. Xatırladaq ki, UEFA kuboku turnirinin həlledici mərhələsində fəxri mükafat uğrunda mübarizədə Azərbaycan çempionu “Araz”ın rəqibləri kubokun hazırkı sahibi Qazaxıstanın “Kayrat” komandası, İspaniyanın “Barselona” və Rusiyanın “Dinamo” (Moskva) klubları olacaq.

Qarşıdakı “Dördlər finalı” azərbaycanlı futzal həvəskarlarına çox maraqlı oyunlar vəd edir. “Araz” da öz növbəsində, şübhəsiz, onları sevindirmək, çətin sınaqlardan şərəflə çıxmaq və turnirin qalibi olmaq əzmindədir.

Oqtay BAYRAMOV,
“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında