Bakı dünyanın 47-ci idman şəhəridir

 

 

Azərbaycan paytaxtı ən qabaqcıl  idman şəhərlərinin reytinq siyahısında 47-ci yeri tutur. Bu barədə xəbəri “Around The Rinqs” saytına istinadla “azerisport” yaymışdır.

Siyahıya London (İngiltərə) başçılıq edir. İkinci-üçüncü  mövqelərdə İspaniyanın Barselona və Avstraliyanın Sidney şəhərləri yer almışlar. İstanbul (Türkiyə) 17-ci pillədədir.

Dünyanın ən yaxşı 50 idman şəhəri sırasında Bakı ilə yanaşı, keçmiş SSRİ-nin digər şəhərlərindən Moskva, Soçi və Kazan da vardır  (hamısı Rusiya).

Reytinq siyahısında paytaxtımızdan sonrakı üç yeri Birminhem (İngiltərə), Lima (Peru) və Pxençxan (Cənubi Koreya) tuturlar.

Oqtay BAYRAMOV,

Xalq qəzeti


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında