Azərbaycanı Sinqapur Olimpiya Oyunlarında təmsil edəcək yeniyetmə idmançılar internat məktəbində olmuşlar

Avqustun 6-da Milli Olimpiya Komitəsi və "Sosial Xidmətlər Təşəbbüsü" təşkilatı Beynəlxalq Həmrəylik Proqramı çərçivəsində Suraxanı 7 nömrəli xüsusi təyinatlı internat məktəbində uşaqlarla görüş təşkil etmişlər.
Tədbirdə Azərbaycanı yeniyetmələrin birinci Sinqapur Olimpiya Oyunlarında təmsil edəcək idmançılar internat məktəbində təhsil alan xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün şən və təhlükəsiz oyunlar keçirmişlər. Olimpiyaçılar uşaqların idmana olan həvəsinin artırılması üçün onlarla fərdi söhbət edərək təcrübələrini bölüşmüşlər.
Görüş Sinqapurda ilk dəfə keçiriləcək Olimpiya Oyunlarının əsas tərkib hissəsi olan Mədəni Təlim Proqramına hazırlıq çərçivəsində təşkil edilmişdir. Tədbirin başlıca məqsədi uşaqların erkən yaşlarından sosial fəallıqlarını artırmaq və bu sahədə təcrübə qazandırmaqdır.
Bakcell şirkətinin nümayəndəsi oyunlarda iştirak edən uşaqlar üçün gətirdiyi idman formalarını, həmçinin məktəb üçün idman ləvazimatlarını paylayaraq, onlara idmanla daha ciddi məşğul olmalarını tövsiyə etmişdir.{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında