Gülnar Məmmədova dünya çempionatına iki qələbə ilə başlamışdır

Gənc həmvətənimiz Xanım Balacayeva bu günlərdə Türkiyənin Kayseri şəhərində başa çatmış məktəbli şahmatçılar arasında dünya birinciliyində 9 yaşlı qızlar qrupunda bütün rəqiblərindən yüksək nəticə göstərərək evə qızıl medalla qayıtdıqdan sonra qədim oyun həvəskarlarımızın diqqəti Polşaya yönəlmişdir.
Bu ölkədə 20 yaşınadək şahmatçılar dünya çempionatının medalları uğrunda mübarizəyə başlamışlar. Çempionatın saytında göstərildiyi kimi, Azərbaycan oğlanların turnirində dörd, qızların yarışında isə iki iştirakçı ilə təmsil olunmuşdur. Dünya birinciliyində ölkəmizin şərəfini Eltac Səfərli, Vasif Durarbəyli, Vüqar Rəsulov, Ulvi Bacarani, Gülnar Məmmədova və Xəyalə Abdulla qoruyurlar.
Start şahmatçılarımız üçün uğurlu olmuşdur. Onlar birinci turda altı nəfərə dörd qələbə qazanmışlar. Durarbəyli hindistanlı, Rəsulov rumıniyalı, Bacarani gürcüstanlı, Məmmədova türkiyəli rəqiblərinə qalib gəlmişlər, Səfərli Cürcüstan, Xəyalə isə Braziliya nümayəndələri ilə "dinc" nəticəyə razılaşmışlar.
İkinci turda Azərbaycan şahmat məktəbinin yetirmələri üç görüşdən qalib ayrılmışlar. Qələbələri Eltac, Gülnar və Xəyalə qazanmışlar. Onlar müvafiq surətdə polşalı, rumıniyalı və qazaxıstanlı rəqiblərini məğlubiyyətə uğratmışlar. Bu turda Vüqar və Vasif heç-heçə oynamışlar, Ülvi isə uduzmuşdur.
İki turdan sonra təmsilçilərimiz arasında ən yaxşı nəticəni 2 xala malik Gülnar Məmmədova göstərmişdir. Daha 17 rəqib onunla eyni miqdarda xal toplamışdır.
Oğlanların çempionatında 16 liderin hərəyə 2 xalı vardır. Rəsulov, Səfərli və Durarbəyli onlardan yarım xal geri qalırlar. Bacarani 1 xala malikdir.
On üç turdan ibarət dünya çempionatında dünən 3-cü turun görüşləri keçirilmişdir.

{nl}

Oqtay BAYRAMOV, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında