“Rabitə” pley-off mərhələsində

 

 

 

Azərbaycan çempionu Bakının “Rabitə” klubu qadın voleybol komandaları arasında Çempionlar Liqası turnirinin qrup mərhələsınin başa çatmasına hələ iki tur qalmış pley-off mərhələsinə vəsiqəni özünə təmin etmişdir. Bu, voleybolçularımızın dördüncü turda öz meydanlarında “Drezdner”ə (Almaniya) qarşı keçirdikləri görüşdən sonra məlum olmuşdur.

Birinci dövrədə Almaniyada olduğu kimi, Bakıda, “Sərhədçi” İdman Olimpiya Mərkəzində də bu rəqiblə görüş “Rabitə”nin böyük üstünlüyü şəraitində davam etmiş və komandamız yenə də matçın taleyini üç hissədə həll etmişdir - 3:0.   Nəticədə Azərbaycan paytaxtı  voleybolçuları xal ehtiyatlarını 11-ə çatdırmışlar. Qrupda 10 xalla ikinci mövqedə olan Rusiyanın “Omiçka” komandası da pley-off mərhələsində oynayacaq.  “Drezdner” (3 xal) və hələlik bir xalı da olmayan “ Bezye” (Fransa) qalan iki turun nəticələrindən asılı olmayaraq, qrupun liderlərinə çatmaq imkanını itirmişlər.

Bu turnirdəki daha bir təmsilçimiz “İqtisadçı” isə “Rabitə”nin Bakıda pley-off mərhələsinə vəsiqə qazandığı gün İtaliyada yerli “ Pyaçentsa” klubuna 0:3 hesabı ilə uduzmuşdur.

Dörd turdan sonra bu qrupda Rusiyanın “ Dinamo” komandası liderdir. Moskvalıların 10 xalı vardır. “ Pyaçentsa” onlardan bir xal geri qalır. “İqtisadçı” 5 xala malikdir. Turnir cədvəlinin sonuncu pilləsində olan Serbiyanın “Srvena Zvezda” klubu isə keçirdiyi bütün dörd oyunda meydanı məğlubiyyətlə tərk etmişdir.

Oqtay BAYRAMOV,
“Xalq qəzeti” 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında