Azərbaycanın xeyrinə 3:1

 

Azərbaycanın kişilərdən ibarət milli şahmat komandası Türkiyənin Antalya şəhərində keçirilən dünya çempionatının ikinci turundan da qalib ayrılmışdır. Bir gün əvvəl Türkiyə şahmatçılarını 2,5:1,5 hesabı ilə məğlubiyyətə uğradan  qrossmeysterlərimiz bu dəfə hollandiyalı rəqibləri üzərində daha böyük fərqlə qələbə qazanmışlar – 3:1.

Matçda Azərbaycan komandasının müvəffəqiyyətini ikinci və üçüncü taxtalarda Eltac Səfərli ilə Nicat Məmmədovun müvafiq surətdə Luk Van Veli və İvan Sokolova qarşı görüşlərdə dəqiq gedişlərlə qələbələri təmin etmişdir. Birinci və dördüncü taxtalarda isə Rauf Məmmədov Aniş Giri və Qədir Hüseynov Ervin Lami ilə heç-heçə oynamışlar.

İkinci turun qalan matçları belə nəticələnmişdir: ABŞ-Rusiya – 3:1, Çin-Ukrayna – 1,5:2,5, Almaniya-Türkiyə – 3:1, Misir-Ermənistan – 1:3.

İki turdan sonra dünya çempionatında ən yaxşı nəticəni hərəyə 4 xala malik Azərbaycan və Almaniya komandaları göstərmişlər.

Dünən axşam keçirilən üçüncü turda Azərbaycan şahmatçıları Ukrayna komandası ilə görüşmüşlər.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında