“Araz”- Azərbaycan “Dördlər finalı”nda!

 

 

 

Futzal üzrə Azərbaycan çempionu  Naxçıvanın “Araz” komandası Portuqaliyanın paytaxtı Lissabonda yenicə başa çatmış UEFA kuboku turnirinin elit mərhələsində maksimum miqdarda–9 mümkün xaldan 9 xal toplayaraq Avropanın ən güclü dörd klubu sırasında fəxri mükafat uğrunda mübarizəni davam etdirmək hüququ qazanmışdır.

“Dördlər finalı”na vəsiqə uğrunda həlledici görüşdə “Araz” yarış sahiblərinin “Sportinq” komandası ilə qarşılaşmışdır. “D” qrupunun liderləri öz aralarındakı oyuna qədər Hollandiyanın

“Eyndhoven” və Macarıstanın “Dyor” klublarına böyük hesabla qalib gəlmişdilər. Lakin “Sportinq”də vurulan və buraxılan topların fərqi daha yaxşı olduğundan təmsilçimizlə görüşdə onu heç-heçə də qane edirdi. Azərbaycanın futzal ustaları isə qrupda finişə birinci çatmaq üçün xoşbəxtliyi portuqaliyalıların qapısında axtarmalı idilər.

“Araz” görüşü yüksək səviyyədə keçirərək “Sportinq” səddini də uğurla dəf etmiş və 6:3 hesabı ilə inamlı qələbə komandamızı məqsədə çatdırmışdır.

“Dördlər finalı”nda Azərbaycan klubunun rəqibləri digər üç qrupda birinci yeri tutmuş İspaniyanın “Barselona”, Rusiyanın “Dinamo” (Moskva) və Qazaxıstanın “Kayrat” komandaları olacaq. Həlledici mərhələ görüşləri gələn ilin aprelində keçiriləcək. Turnir sahibi rolunda dörd finalçı komandadan biri çıxış edəcək.

Oqtay BAYRAMOV,

“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında