Avropa çempionu olan Azərbaycan komandası dünya çempionatında

 

 

 

Türkiyənin Antalya şəhərində kişilərdən ibarət komandalar arasında şahmat üzrə dünya çempionatının açılış mərasimi olmuş və medallar uğrunda mübarizəyə start verilmişdir. Dünya çempionu adına on iddiaçı arasında bu yaxınlarda Varşavada Avropa çempionu adını qazanmış Azərbaycan yığması da vardır.

Polşa paytaxtındakından fərqli olaraq, Antalyada komandamız bir qədər başqa heyətlə çıxış edir. Kollektivin liderləri Şəhriyar Məmmədyarov və Teymur Rəcəbov müxtəlif səbəblər üzündən dünya çempionatına getməmişlər.  Onları Nicat Məmmədov və Vasif Durarbəyli əvəz edirlər. İlk üç taxtada isə Avropa çempionları Rauf Məmmədov, Eltac Səfərli və Qədir Hüseynov  çıxış edirlər. Komandanın məşqçisi Varşavada qrossmeysterlərimizlə böyük qələbə sevinci yaşamış rusiyalı mütəxəssis Aleksandr Xalifmandır.

Çempionatda rəqiblərimiz Türkiyə, Rusiya, Ukrayna, Ermənistan, Almaniya, Fransa, ABŞ, Çin və Misir yığmalarıdır.

Turnir doqquz turdan ibarətdir. Birinci raundun görüşləri dünən axşam keçirilmişdir. Bakı vaxtı ilə saat 17.00-da başlanan start turunda komandamız Türkiyə kollektivinə qarşı oynamışdır.

Azərbaycan şahmatçıları qalan matçları isə bu ardıcıllıqla keçirəcəklər: 27 noyabr. Hollandiya, 28 noyabr. Ukrayna, 29 noyabr. Rusiya, 30 noyabr. Ermənistan, 2 dekabr. ABŞ, 3 dekabr. Çin, 4 dekabr. Misir, 5 dekabr. Almaniya.

Oqtay BAYRAMOV,
“Xalq qəzeti” 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında