UEFA kuboku. “Araz”Azərbaycan- “Eyndhoven” Hollandiya- 6 : 3

 

 

 

Futzal üzrə Azərbaycan çempionu Naxçıvanın “Araz” komandası Portuqaliyanın paytaxtı Lissabonda keçirilən UEFA kuboku yarışlarının elit mərhələsinə inamlı qələbə ilə başlamışdır.

Futzal ustalarımız yerli “Sportinq” və Macarıstanın “Qyori” klublarının da daxil olduqları “D” qrupunda turnirin startında  hollandları 6:3 hesabı ilə məğlubiyyətə uğratmışlar.

Birinci turun digər görüşündə də azarkeşlər çoxlu qol görmüşlər. “Sportinq”in “Qyori” üzərində qələbəsi beş top üstünlüklə ifadə olunmuşdur-6:1.

Dünən axşam ikinci turun oyunları keçirilmişdir. Bakı vaxtı ilə saat 22-də başlanan görüşdə Azərbaycan klubu Macarıstan təmsilçisi ilə qarşılaşmışdır.

Qeyd edək ki, elit mərhələdə dörd qrupda 16 komanda mübarizə aparır.  Qrupların qalibləri “Dördlər finalı”na vəsiqə qazanacaq və öz aralarında keçirəcəkləri görüşlərdə UEFA kubokunun sahibini müəyyənləşdirəcəklər.

Oqtay BAYRAMOV,

 “Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında