Dövlət Bayrağı Gününə həsr olunmuş veloyürüş

 

 

 

 

 

Dənizkənarı Milli Parkda və Dövlət Bayrağı Meydanında Nazirlər Kabineti yanında Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsi və Azərbaycan Velosiped İdmanı Federasiyasının təşkilatçılığı, Gənclər və İdman, Təhsil, Mədəniyyət və Turizm nazirliklərinin iştirakı ilə 14-17 yaşlı oğlanlar və qızlar arasında 9 noyabr - Dövlət Bayrağı Gününə həsr olunmuş “Bayrağımız qürur mənbəyimizdir” adlı veloyürüş təşkil edilmişdir.

Veloyürüşdə 100-dən çox velosipedçi iştirak etmişdir. Yürüşdə oğlanlar arasında Azər Rüstəmov 1-ci yeri, Kamran Məmmədov 2-ci yeri, Vüqar Nəsibov 3-cü yeri tutmuşlar. Qızlar arasında 1-ci yerə Sürayə Tvaradze çıxmışdır.

Veloyürüşün qalibləri velosiped və digər qiymətli hədiyyələrlə mükafatlandırılmışlar. Yarışda fəal iştirak edən velosipedçilərə sertifikatlar təqdim olunmuşdur. Ən gənc velosipedçi - 11 yaşlı Samirə Orucova yürüşün xüsusi mükafatına layiq görülmüşdür.

“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında