“Sağlamlıq-2013” spartakiadasının ilk qalibləri məlumdur

 

 

 

Xəbər verdiyimiz kimi, “Spartak” Könüllü Bədən Tərbiyəsi və İdman Cəmiyyətinin Respublika Şurası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi ilə birlikdə “Sağlamlıq-2013” spartakiadası keçirir.  Respublikamızda rabitənin yaradılmasının 132-ci ildönümünə həsr edilmiş bu ənənəvi startlarda artıq bəzi növlər üzrə yarışlara yekun vurulmuş və onların qalibləri məlum olmuşdur.

Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının stadionunda keçirilmiş kəndirdartma yarışlarında Texniki Unıversıtetin komandası daha yaxşı hazırlıq nümayiş etdirərək spartakiadanın çempionu adını qazanmışdır. İkinci-üçüncü yerləri müvafiq surətdə Hərbiləşdirilmiş Mühafizə İdarəsi və “Aztelekom” İstehsalat Birliyinin nümayəndələri tutmuşlar.

Kross qaçışında ən yaxşı nəticəni Bakı Dövlət Rabitə və Nəqliyyat Kollecinin komandası göstərmişdir. İkinci mükafata “Aztelekom” sahib olmuş, üçüncü yeri Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin atletləri tutmuşlar. Bu növ üzrə  şəxsi yarışlarda kişilər arasında Hakim İbrahimov, qadınların startlarında isə Ədilə Məmmədli finişə birinci çatmışlar. Hər iki qalib  “Aztelekom” İstehsalat Birliyinin təmsilçisidir.

“Aztelekom” stolüstü  tennisdə də birinci olmuşdur. İkinci-üçüncü mükafatları Azərbaycan Texniki Universitetinin və “Azərpoçt” MMC-in komandaları qazanmışlar. Şəxsi yarışlarda da “Aztelekom” İB  idmançıları rəqiblərindən daha yaxşı çıxış etmişlər. Kişilərin turnirində Yusif Quluzadə, qadınlar arasında isə Xəyalə Qiyasova spartakiadanın çempionu olmuşlar.

Xatırladaq ki, “Sağlamlıq-2013”ün proqramına idmanın doqquz növü üzrə  yarışlar daxildir və spartakiada noyabrın sonunda finişə çatacaq.

Oqtay BAYRAMOV,

 “Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında