“Azərreyl” Belqraddakı məğlubiyyətin əvəzini Bakıda artıqlaması ilə çıxdı

 

 

 

Azərbaycanın “Azərreyl” klubu qadın komandaları arasında Avropa Voleybol Konfederasiyasının kuboku uğrunda yarışların 1/16 final mərhələsi sınaqlarından şərəflə çıxaraq səkkizdəbir finalda mübarizəni davam etdirmək hüququ qazanmışdır.

Bakılılar turnirin startında Serbiyanın paytaxtı Belqradda gərgin mübarizədən sonra yerli “Partizan” klubuna 2:3 hesabı ilə uduzmuşdular və evdə bu məğlubiyyətin əvəzini artıqlaması ilə çıxdılar. Voleybolçularımız cavab görüşündə onları tamamilə qane edən üstünlüklə qalib gəlib (3:1) səkkizdəbir finala çıxdılar.

Bu mərhələdə “Azərreyl”in rəqibi Çexiyanın “Olomuts” komandası olacaq. Səkkizdəbir final görüşləri dekabrın birinci yarısında keçiriləcəkdir. Azərbaycan voleybolçuları ilk oyunda rəqiblərini Bakıda qəbul edəcəklər.

Xatırladaq ki, daha bir klubumuz “Lokomotiv” də bu turnirdə səkkizdəbir finala çıxmış və qarşıda onu İsrailin “Hapoel” komandası ilə iki oyun gözləyir.

Oqtay BAYRAMOV,

 “Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında