Şamaxıda şahmat üzrə Azərbaycan çempionatı keçirilir

Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Azərbaycan Şahmat Federasiyasının birgə təsdiq etdiyi əsasnaməyə uyğun olaraq Şamaxı şəhərində kişilər və qadınlar arasında şahmat üzrə Azərbaycan çempionatının seçmə yarışına start verilmişdir. Yarış Beynəlxalq Şahmat Federasiyasının tələblərinə uyğun olaraq qadınlar və kişilər arasında 9 turdan ibarət İsveç sistemi üzrə keçiriləcəkdir.
Çempionatda respublikanın müxtəlif şəhər və rayonlarından 60-a yaxın yüksək dərəcəli şahmatçı iştirak edir. Qadınlar arasında ilk iki yeri tutmuş şahmatçı, kişilər arasında isə ilk beş yeri tutmuş şahmatçı Azərbaycan çempionatının I dərəcəsində iştirak etmək hüququ qazanacaqlar.
Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti, Beynəlxalq dərəcəli hakim Faiq Həsənov, Şamaxı Gənclər və İdman İdarəsinin rəisi Şahmar Hüseynov, Uşaq Gənclər Şahmat məktəbinin direktoru Asif Ağayev və rayon icra hakimiyyətinin məsul işçisi Rəşad Əliyev ölkədə bədən tərbiyəsi və idmana dövlət səviyyəsində göstərilən diqqət və qayğıdan söhbət açmış və məhz Azərbaycan Respublikası Prezidentinin məlum sərəncamı ilə təsdiq olunmuş "Şahmat idman növünün inkişafı" tədbirlər planının icrası çərçivəsində respublikada görülmüş işləri qeyd edərək bütün yarış iştirakçılarına uğurlar arzulamışlar.
Azərbaycan Respublikası Şahmat Federasiyası tərəfindən Şamaxı Uşaq Gənclər Şahmat Məktəbinin direktoru Asif Ağayev yarışın baş hakimi təyin olunmuşdur.{nl}

Səməd HÜSEYNOĞLU, "Xalq qəzeti"nin bölgə müxbiri

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında