“Rabitə” və “İqtisadçı” Çempionlar Liqasında lider mövqeyində

 

 

 

Azərbaycan klubları “Rabitə” və “İqtisadçı” qadın voleybol komandaları arasında Çempionlar Liqası turnirinin ilkin mərhələsinin ikinci turunda da pərəstişkarlarını qələbə ilə sevindirərək öz qruplarında lider mövqeyində qərar tutmuşlar.

“A” qrupunda çıxış edən və startda öz meydanında “Omiçka”ya (Rusiya) qalib gələn “Rabitə” ikinci qələbəsini səfərdə qazanmışdır. Bakılılar Fransada yerli “Bezye” klubu ilə görüşün hər üç hissəsində rəqiblərindən üstün olmuşlar -3:0. İki turdan sonra 5 xala malik Azərbaycan çempionu qrupun turnir cədvəlinə başçılıq edir. “İqtisadçı” isə Rusiyanın “Dinamo”, İtaliyanın “Pyaçentsa” və Serbiyanın “Srvena Zvezda” komandaları ilə birlikdə pley-off mərhələsinə vəsiqə uğrunda “B” qrupunda mübarizə aparır. Bu klubumuz birinci turda Belqradda “Srvena Zvezda” ilə görüşdə qazandığı müvəffəqiyyəti (3:0) paytaxtımızda Rusiyanın “Dinamo” kollektivi ilə matçda  əzmkar qələbə sayəsində bir qədər də inkişaf etdirmişdir. Komanda moskvalılarla oyunun gedişində hesabda geri qalsa da, böyük iradə nümayiş etdirərək güclü rəqiblə mübarizədən qalib ayrılmışdır-3:2. İki turdan sonra “İqtisadçı” da 5 xalla qrupun lideridir.

Çempionlar Liqasında üçüncü təmsilçimiz  “Azəryol” ikinci turun görüşünü İstanbulda “Qalatasaray”a qarşı keçirmiş və uduzmuşdur– 1:3. Bu komandalar İtaliyanın “Konelyano” və “Yamamay” klubları ilə birlikdə “E” qrupuna daxildirlər. Xatırladaq ki, “Azəryol” turnirə uğurla başlayaraq birinci turda evdə “Yamamay” üzərində 3:2 hesabı ilə qələbə qazanmışdır.

 Ölkəmizin daha bir klubu “Lokomotiv”in Avropa Voleybol Konfederasiyasının kuboku uğrunda yarışların ilkin mərhələsində müvəffəqiyyətini də qeyd edək. Bakıda da, səfərdə də Çexiyanın “Kralovo pole” komandasını asanlıqla məğlubiyyətə uğradan (hər iki görüşdə hesab 3:0 olmuşdur). Azərbaycan paytaxtı voleybolçuları səkkizdəbir finala çıxmışlar. Bu mərhələdə “Lokomotiv”in rəqibi İsrailin “Hapoel”   komandası olacaq.

Oqtay BAYRAMOV, “Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında