12-ci tur kimə nə vəd edir?

 

 

 

Bu gün “Bakı” - “Simurq” görüşü ilə Topaz Premyer Liqasında 12-ci tura start veriləcəkdir. Turun qalan oyunları noyabrın 2-də (“Neftçi”-"Xəzər-Lənkəran", “İnter”-"Rəvan") və 3-də (“Sumqayıt” - AZAL, “Qarabağ” - “Qəbələ”) keçiriləcəkdir.

Şübhəsiz, azarkeşlər qarşıdakı görüşlərdən ikisini daha böyük maraqla gözləyirlər. Vahid lider “Qarabağ”la (24 xal) turnir cədvəlinin üçüncü pilləsində irəliləyən “Qəbələ”nin (22), eləcə də ikinci yerdə olan və Qəbələ klubu ilə eyni miqdarda xal toplayan “Neftçi”nin bu yaxınlarda Naxçıvanda Azərbaycan Superkuboku görüşündə məğlub olduğu Lənkəran komandası ilə rəqabəti prinsipial əhəmiyyət daşıyır. Deməli, bu qənaətə gələ bilərik ki, milli çempionatımızın liderlər üçlüyünün iştirakı ilə keçiriləcək görüşlərdə azarkeşlər darıxmalı olmayacaq, əksinə, hər iki oyunda əvvəldən axıradək maraqlı və gərgin mübarizənin şahidi olacaqlar.

Oqtay BAYRAMOV,
“Xalq qəzeti” 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında