Astara boksçularının növbəti uğuru

 

 

Gürcüstanda məşhur boksçu Çabuki Çiqladzenin xatirəsinə həsr olunmuş yeniyetmə boksçuların beynəlxalq turnirində astaralı idmançılar uğurla çıxış etmişlər. 160-dan çox rəqibinə qalib adı uğrunda mübarizə apardığı yarışda Astara Boks Mərkəzinin yetirmələrindən Elmar Məmmədov, Əli Xaniyev, Füzuli Tağıyev, İmaməli Məmmədov və Hüseyn Sadıxov 1-ci yerə, İmaməli Həsənov və Kamil Kərimzadə 3-cü yerə layiq görülmüşlər.

Saçxeri idman məktəbinin direktoru M.Qaprindaşvilinin imzası ilə Astara Rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayevin ünvanına təşəkkür məktubu göndərilmişdir. Məktubda məşhur boksçu Ç.Çiqladzenin xatirəsinə həsr olunmuş turnirdə yüksək təşkilatçılıq və intizam nümayiş etdirən boksçularımıza, boks qrupunun rəhbəri Tofiq Salmanova və yarışda iştirakı təmin edən rayon rəhbərliyinə minnətdarlıq ifadə olunmuşdur.

Q.Ağayev Astarada qaliblərlə görüşündə ölkəmizdə idmana göstərilən diqqətdən söhbət açmışdır. Son illərdə Astara Olimpiya İdman Kompleksinin və Boks Mərkəzinin açılışlarında möhtərəm Prezidentimiz İlham Əliyevin şəxsən iştirakını bu qayğının təzahürü kimi dəyərləndirmişdir. Qeyd etmişdir ki, gələcəkdə rayonun qəsəbə və kəndlərində də müasir idman qurğuları və meydançaların inşası nəzərdə tutulmuşdur. Natiq gənc idmançılara uğurlar diləmiş, Azərbaycanın idman şöhrətini daha da ucaltmağı arzulamışdır.

Rayon Gənclər və İdman İdarəsinin rəisi Ərçə Əliyev, yeniyetmə boksçulardan Elmar Məmmədov, Əli Xaniyev və başqaları qayğı və diqqətə görə minnətdarlıqlarını bildirmişlər.

Beynəlxalq turnirdə fərqlənən boksçulara hədiyyələr təqdim edilmişdir.

Əli NƏCƏFXANLI,

“Xalq qəzeti” 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında