“SOCAR Azərbaycan” Avropa çempionatında vahid liderdir

 

 

 

Yunanıstanın Rodos adasında şahmat üzrə klublararası Avropa çempionatı artıq finişin astanasındadır. Yeddi turdan ibarət  turnirin ilk beş turunda ən yaxşı nəticəni “SOCAR Azərbaycan” komandası göstərmişdir. Keçirdiyi beş matçın hamısından qalib ayrılan təmsilçimiz 10 xal toplayaraq vahid lider mövqeyində irəliləyir.

Beşinci turda  “SOCAR Azərbaycan” qızıl medallar uğrunda mübarizədə əsas rəqiblərindən biri Rusiyanın “Yuqra” klubu ilə görüşmüş və ardıcıl beşinci qələbəsini qazanmışdır. Bu dəfə 4:2 hesabı ilə.

Avropa çempionatlarında ilk dəfə mübarizə aparan “Odlar Yurdu” da bu mötəbər yarışda inamla çıxış edir. Ötən turda Rusiyanın güclü “Malaxit” komandası ilə matçda heç-heçə oynayan (3:3) Azərbaycan şahmatçıları 8 xalla üçüncü yerdədirlər və ikinci mövqedə olan “Novi Bor”dan (Çexiya) bir xal geri qalırlar.

Dünən axşam sonuncudan əvvəlki, altıncı turun matçları keçirilmişdir. Bu turda “SOCAR”ın rəqibi “Novi Bor” olmuş, “Odlar Yurdu” isə “Sankt – Peterburq” komandasına qarşı oynamışdır.

Oqtay BAYRAMOV,

 “Xalq qəzeti” 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında