Xəzər rayonunda spartakiadaya yekun vuruldu

 

 

Xəzər Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə rayon məktəblilərinin XXVI spartakiadasının açılışı və yekunları ilə bağlı mərasim keçirilmişdir.

Mərdəkan bələdiyyəsinin akt zalında təşkil edilən mərasimdə çıxış edən rayon gənclər və idman idarəsinin rəisi Vüqar Əliyev yeniyetmə və gənclərin fiziki və mənəvi inkişafında önəmli rol oynayan bədən tərbiyəsi və idmanın əhəmiyyətindən danışmış və qeyd etmişdir ki, Xəzər rayonunda da bu sahənin inkişafına xüsusi diqqət göstərilir. V.Əliyev rayon məktəbliləri arasında bədən tərbiyəsi və idmanı daha da geniş təbliğ etmək,məktəblilərin fiziki cəhətdən inkişafını və sağlamlıqlarının qorunmasını təmin etmək, onların bədən tərbiyəsi və idmanla fəal məşğul olmalarına nail olmaq, istedadlı yeniyetmə və gəncləri aşkar etmək məqsədilə keçirilən spartakiadada yeniyetmə və gənclərin fəallığını xüsusi vurğulamışdır: “2012 - 2013-cü tədris ilində keçirilmiş XXVI spartakiadanın ayrı-ayrı idman növləri üzrə keçirilmiş yarışlarında çoxlu istedadlı gənclər aşkar edilmişdir. Məktəblilərimiz bu yarışlara hazırlıq zamanı həm ustalıqlırını artırmış, həm də vaxtlarını səmərəli keçirmişlər”. 

Tədbirdə çıxış edən natiqlər rayonda hər il keçirilən spartakiada yarışlarında yüzlərlə gəncin qüvvəsini sınadığını bildirmiş və vurğulamışlar ki, rayonda idmanın daha da inkişaf etməsində və geniş yayılmasında bu kütləvi yarışların böyük əhəmiyyəti var.

 

Sonda XXVI spartakiadanın qaliblərinə və fərqlənən idman müəllimlərinə diplomlar, kubok və mükafatlar təqdim olunmuşdur. Qeyd edək ki, yekun nəticələrə görə 26 saylı, 181 saylı və 237 saylı orta məktəblərin komandaları I, II və III yerləri tutmuşlar.

Leyla QURBANOVA,

“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında