“SOCAR Azərbaycan” və “Odlar Yurdu” Avropa çempionatına inamlı qələbələrlə başladılar

 

Ötən  bazar günü Yunanıstanın Rodos adasında şahmat üzrə klublararası Avropa çempionatına start verilmişdir. Yarışın mükafatları uğrunda 53 komanda mübarizə aparır. Azərbaycan ilk dəfə olaraq qitə birinciliyində iki klubla təmsil olunur.

 Əgər “SOCAR Azərbaycan” ötən il İsrailin Eylat şəhərində keçirilmiş çempionatda qazandığı çempion adını qoruyub özündə saxlamaq əzmindədirsə, Avropa “səhnəsinə” ilk dəfə qədəm qoyan “Odlar Yurdu” debütünü mümkün qədər yüksək nəticə ilə qeyd etməyə çalışacaq.     

Çempionatda “SOCAR”ın şərəfini Şəhriyar Məmmədyarov, Teymur Rəcəbov, Eltac Səfərli, habelə Fabiano Karuana (İtaliya), Veselin Topalov (Bolqarıstan), Qata Kamski (ABŞ), Van Hao (Çin) və Aniş Giri (Hollandiya) qoruyurlar. Komandanın kapitanı Vladimir Tukmakovdur. “Odlar Yurdu” isə bütünlüklə Azərbaycan şahmat məktəbinin yetirmələrindən ibarət heyətlə çıxış edir-Qədir Hüseynov, Rauf Məmmədov, Vasif Durarbəyli, Nicat Məmmədov, Vüqar Rəsulov, Nicat Abbasov və Zaur Məmmədov. Komandanın kapitanı keçmiş bakılı, hazırda İsraildə yaşayan Peşəkar Şahmatçılar Assosiasiyasının prezidenti Emil Sutovskidir.

Start turunda “SOCAR Azərbaycan” Norveçin “Oslo” klubuna 5,5: 0, 5 hesabı ilə qalib gəlmişdir. Karuana birinci taxtada heç-heçə oynamış, qalan taxtalarda isə Topalov, Kamski, Məmmədyarov, Giri və Səfərli rəqiblərini məğlubiyyətə uğratmışlar. “Odlar Yurdu” da Avropa çempionatına inamla başlamışdır. Komandamız “Sautron” (Fransa) üzərində 6:0 hesablı qələbəyə sevinmişdir. Bu matçda Azərbaycan klubu Sutovski, Hüseynov, Durarbəyli, Rəsulov, Abbasov və Zaur Məmmədovdan ibarət heyətlə mübarizə aparmışdır.

Klublarımız ikinci turda da qələbə qazanmışlar: “SOCAR–“Limhamns” (İsveç) – 5,5:0,5, “Odlar Yurdu” – “Amay” (Belçika) – 4,5:1,5.

Avropa çempionatı İsveçrə sistemi üzrə keçirilir və rəqiblər yeddi turda görüşürlər. Qalib və mükafatçılar oktyabrın 26-da məlum olacaq.

Oqtay BAYRAMOV,

“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında