Səmti müəyyənetmə idman növü üzrə açıq respublika çempionatı keçiriləcək

 

Oktyabr ayının 27-si səmti müəyyənetmə idman növü üzrə növbəti  açıq respublika çempionatı keçiriləcək. Binəqədi rayonundakı yeni avtovağzalın arxasındakı ərazidə baş tutacaq yarışa 11.00-da start veriləcəkdir. “Elit”, “Open” və “Junior” kateqoriyaları üzrə keçiriləcək yarışın “Elit” qrupu elektron qeydolunma sisteminin tətbiqi ilə həyata keçiriləcəkdir.

Yarış 2013-cü ildə çəkilmiş səmti müəyyənetmə idmanı üzrə yarışın keçirilməsi üçün bütün beynəlxalq standartlara cavab verən yeni idman xəritəsi üzrə keçirilir.

Təxminən 150 nəfərədək idmançının qatılacağı gözlənilən yarış Binəqədi Rayon İcra Hakimiyyətinin təşkilati dəstəyi ilə keçiriləcəkdir.

“Xalq qəzeti” 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında