Velosiped idman növü üzrə Azərbaycan çempionatı keçirilib

 

Oktyabrın 19-dan 21-dək Azərbaycanın qərb bölgəsində Azərbaycan Velosiped İdmanı Federasiyası (AVİF) və Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə velosiped idman növü üzrə ölkə birinciliyi keçirilib.

Üç mərhələdən ibarət yarışın birinci mərhələsi oktyabrın 19-da Şəmkir şəhərində strat götürüb. Bu mərhələdə oğlanlardan ibarət elit və “U-23” kateqoriyasından olan velosipedçilər yarışıblar. Onlar şəhər daxilində uzunluğu beş kilometr olan yolda 12 dəfə dövrə vurmaqla, ümumilikdə 60 kilometr məsafə qət ediblər. Yarışda Nicat Niftəliyev, Elgün Əlizadə və Ayxan İltifatlı müvafiq olaraq 1-ci, 2-ci və 3-cü yerləri tutublar.

Daha sonra “U-17” və “U-15” yaş qrupları üzrə yarışlar keçirilib. Yarış iştirakçıları uzunluğu 5 kilometr olan məsafədə dörd dəfə dövrə vurmaqla 20 kilometr yol qət ediblər. Yarışda Kənan Qəhrəmanlı birinci, Nicat Qarayev ikinci, Tərlan Məmmədov üçüncü nəticə göstəriblər.  Oktyabrın 20-də yarışın ikinci mərhələsi keçirilib. Bu mərhələdə velosipedçilər Tovuz rayonu ərazində İbrahimhacılı-Yanıqlı marşrutu üzrə qrup yarışına çıxıblar. Bu mərhələdə elit və “U-23” kateqoriyalarından olan kişi idmançılar 120 kilometr, “U-17”, “U-15” yaş qruplarında yarışan oğlanlar və qızlar isə 40 kilometr məsafəni qət ediblər. Elit və “U-23” kateqoriyasında Elgün Əlizadə birinci, Nicat Niftəliyev ikinci, Gürcüstan milli komandasının üzvü Georgi Nareklişvili üçüncü yeri tutub. “U-17”, “U-15” yaş qrupları üzrə yarışın nəticələrinə görə isə Bakir Dadaşov birinci, Kənan Qəhrəmanlı ikinci, Nicat Qarayev isə üçüncü olub.

Oktyabrın 21-də çempionatın üçüncü mərhələsi keçirilib. Bu mərhələdə idmançılar fərdi yarışlarda bacarıqlarını nümayiş etdirərək Tovuz-Qovlar marşrutu üzrə 25 kilometr məsafədə yarışıblar. Bu mərhələdə Elit və “U-23” kateqoriyasında Elgün Əlizadə birinci, Nicat Niftəliyev ikinci, Ayxan İltifatlı üçüncü yeri tutublar. “U-17”, “U-15” yaş qrupları və qızların yarışında isə velosipedçilər 10 kilometr məsafəni qət ediblər. Bu mərhələdə oğlanlar arasında Kənan Qəhrəmanlı birinci, Bakir Dadaşov ikinci, Tərlan Məmmədov isə üçüncü yerləri tutublar. Qızlar arasında mərhələnin qalibi Şəlalə Cəfərli olub.

Qaliblərə Azərbaycan Velosiped İdmanı Federasiyası və Gənclər və İdman Nazirliyi tərəfindən medallar, diplom, fəxri fərman və mükafatlar təqdim olunub.

“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında