“Bakı I Avropa Oyunları 2015” çərçivəsində Bakıda dünyanın ən gözəl Olimpiya kəndlərindən biri tikilir

 

 “Bakı I Avropa Oyunları 2015" çərçivəsində Bakıda dünyanın ən gözəl Olimpiya kəndlərindən biri tikilir. Bu barədə cümə axşamı Trend-ə “Bakı Avropa Oyunları 2015”in Əməliyyat

Komitəsinin icraçı direktoru Cim Şerr bildirmişdir.

Cim Şerrin sözlərinə görə, Bakıdakı Olimpiya kəndi füsunkar infrastruktura malik olacaq. C. Şerr qeyd etmişdir ki, “Bakı Avropa Oyunları 2015" çərçivəsində bütün obyektlər ən yüksək tələblərə cavab verəcək və yüksək keyfiyyəti ilə seçiləcək.

C. Şerr vurğulamışdır ki, “Bakı 2015"in Əməliyyat Komitəsi Oyunların keçirilməsi üçün bütün hazırlıq tədbirləri üzərində nəzarəti həyata keçirir: “Bunların sırasına mövcud obyektlərin bərpası, yeni obyektlərin tikintisi, nəqliyyat infrastrukturunun yenilənməsi, həmçinin obyektlərin tam hazır vəziyyətə gətirilməsi daxildir".

İcraçı direktor bildirmişdir: “Bir sıra işlər artıq başa çatdırılmışdır. Nəzərə alsaq ki, ehtiyatımızda daha 2 il yarım müddət var, növbəti 3-4 ayda bu işlərin kifayət qədər böyük hissəsinin yerinə yetirilməsinin şahidi olacaqsınız”.

C. Şerr qeyd etmişdir ki, “Bakı I Avropa Oyunları 2015" başlananadək yarışların təşkili, qonaqların Azərbaycan paytaxtında qəbul olunması, həmçinin xidmətlərin göstərilməsi ən yüksək səviyyəyə çatdırılacaq: “Təbii ki, həyata keçiriləsi işlər hələ çoxdur və bu səbəbdən işlər gərgin qrafik üzrə gedir. Nəzərə alsaq ki, yarışlara o qədər də çox vaxt qalmayıb, təbii ki, biz işləri sürətli tempdə davam etdirəcəyik”.

7-8 dekabr 2012-ci il tarixində Romada keçirilmiş Avropa Olimpiya Komitəsinin Baş Assambleyasında 49 Milli Olimpiya Komitəsinin nümayəndələri gizli səsvermə yolu ilə Bakı şəhərini əksər səs çoxluğu ilə 2015-ci ildə tarixdə ilk dəfə keçiriləcək Avropa Oyunlarını qəbul edən şəhər qismində seçmişlər.

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında