Dünya çempionatının daha iki azərbaycanlı mükafatçısı

 

Budapeştdə güləş üzrə dünya çempionatına “klassiklərin” görüşləri ilə yekun vurulmuşdur. Azərbaycan idmançıları güləşin bu növündə iki medala sahib olmuşlar.

Saman Təhmasibi (84 kq) çempionata inamla başlayaraq, finaladək qələbə ardınca qələbə qazanmış və yalnız həlledici görüşdə iranlı Talıb Nemətpura uduzmuşdur. Lakin gümüş mükafat da azərbaycanlı yunan-Roma güləş ustasının böyük müvəffəqiyyətidir. Yığmamıza daha bir medalı isə 96 kq çəki dərəcəsində çıxışlarını üçüncü yerdə bürünc mükafatla başa vuran Şalva Qadabadze (96 kq) qazandırmışdır. 

Oqtay BAYRAMOV, “Xalq qəzeti”  


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında