Üçüncü İslam Həmrəyliyi Oyunları starta çıxır

 

Bu gün İndoneziyanın Palemanqa şəhərində İslam Həmrəyliyi Oyunlarının təntənəli açılış mərasimi olacaq. Azərbaycan təmsilçiləri sayca üçüncü dəfə təşkil edilən İslamiadaya 100 nəfərdən ibarət nümayəndə heyəti ilə yola düşmüşlər

 Bu barədə azerisport-un yaydığı  xəbərdə bildirilir ki, nümayəndə heyətinə Milli Olimpiya Komitəsinin idman şöbəsinin baş məsləhətçisi Vaqif Əliyev başçılıq edir. Nümayəndə heyətinə həmçinin MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə, respublika gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov, Milli Olimpiya Komitəsinin beynəlxalq əlaqələr şöbəsinin rəisi Könül Nurullayeva, beynəlxalq proqramlar üzrə məsləhətçisi Mehman Kərimov və başqaları daxildirlər.

Azərbaycan İslam Həmrəyliyi Oyunlarında doqquz növdə 53 idmançı ilə yarışacaq. Təmsilçilərimiz yüngül atletika, ağırlıqqaldırma, karate, taekvondo, badminton, tennis, oxatma, üzgüçülük və uşu turnirlərində medal qazanmağa çalışacaqlar. Bunun üçün onların hər cür imkanı var. Komandalarımızın tərkibində ağırlıqqaldırma üzrə Avropa çempionu İntiqam Zahirov, qitə birinciliyinin gümüş mükafatçıları Sərdar Həsənov, Silviya Angelova, taekvondoçular-dünya çempionatının bürünc medalının sahibi Radik İsayev, gənclər arasında Avropa birinciliyinin qalibi Günay Ağakişiyeva, karate üzrə dəfələrlə dünya və Avropa çempionu Rafael Ağayev, dünya çempionatının gümüş mükafatçısı Şahin Hətəmov, yüngül atletika ustaları Hayle İbrahimov, Layeş Abdullayeva kimi yüksək nəticələr göstərməyi bacaran tanınmış idmançılar vardır. Yeri gəlmişkən, Ağayev və Hətəmov bu günlərdə Moskvada Rusiya və dünyanın yığma komandaları arasında yoldaşlıq görüşündə dünya komandasının şərəfini qorumuşlar və hər iki karateçimiz rəqiblərinə qalib gəlmişdir. Bu qələbələr İslam Həmrəyliyi Oyunları qarşısında yaxşı əlamətdir və təmsilçilərimizin İndoneziyada İslamiada turirlərində baş rollardan birini oynayacaqlarına ümidi artırır.

Azərbaycan idmanı nümayəndələri ötən il Londonda Olimpiya və Paralimpiya Oyunlarında, bu yaxınlarda Kazanda Ümumdünya Universiadasında ölkəmizi layiqincə təmsil etmişlər. İndi isə idman ictimaiyyətimizi İslam Həmrəyliyi Oyunlarında qələbə və medallarla sevindirmək vaxtıdır.

Oqtay BAYRAMOV,

“ Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında