Sumqayıt şəhərində UEFA və AFFA prezidentlərinin iştirakı ilə stadion açılmışdır

 

Sentyabrın 21-də Sumqayıtda Avropa standartlarına

cavab verən, müasir qurğu və avadanlıqla təchiz edilmiş stadion açılmışdır.

AzərTAc xəbər verir ki, tədbirdə Azərbaycanda səfərdə olan UEFA-nın prezidenti Mişel Platini, AFFA- nın prezidenti Rövnəq Abdullayev və digər rəsmi şəxslər və şəhər ictimaiyyətinin nümayəndələri iştirak etmişlər.

Stadionla tanış olan və görülmüş işləri yüksək qiymətləndirən  UEFA-nın prezidenti Mişel Platini “Sumqayıt” futbol akademiyasının 11-17 yaş qruplarını əhatə edən qızlardan və oğlanlardan ibarət komandalarının üzvləri ilə görüşmüş, “Sumqayıt” futbol klubunun bu gənc futbolçuların timsalında etibarlı və ümidverici bazaya malik olduğunu vurğulamışdır.

Əfsanəvi Mişel Platini azarkeşlərin alqışları altında qapı istiqamətində topa rəmzi zərbə vurmuşdur. Qonağa “Sumqayıt” futbol klubunun idman forması təqdim edilmişdir.

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında