UEFA-nın prezidenti Bakıda inşa edilən Olimpiya stadionunda olmuşdur

 

 

UEFA-nın prezidenti Mişel Platini Azərbaycanda səfərdədir. AzərTAc xəbər verir ki, qonaq səfər çərçivəsində sentyabrın 21-də AFFA-nın prezidenti Rövnəq Abdullayev ilə birgə Bakıda inşa edilən Olimpiya stadionunda olmuşdur.

Qonağa burada  tikinti işlərinin gedişi  barədə məlumat verilmişdir. Bildirilmişdir ki, stadionun təməlqoyma mərasimi 2011-ci il iyunun  6-da keçirilmişdir. Mərasimdə Azərbaycan Prezidenti İlham Əliyev, FİFA-nın prezidenti Yozef Blatter, eləcə də dünya futbol ictimaiyyətinin görkəmli nümayəndələri, federasiya rəhbərləri, futbol veteranları və digər qonaqlar iştirak etmişlər. Paytaxtda öz müasir tikinti üslubu ilə fərqlənəcək və xüsusi gözəlliyi ilə seçiləcək 65 min tamaşaçı yeri olan Olimpiya stadionu bu tipli müasir idman qurğuları sırasında özünəməxsus yer tutacaqdır. Burada müxtəlif funksiyalı tribunaların, qaçış zolağının və digər infrastrukturun inşası nəzərdə tutulmuşdur. Daxili sahəsi 120 min 830 kvadratmetr olan stadionda tikinti işləri Beynəlxalq Tikinti Standartına (İBC), UEFA və FİFA standartlarına və Azərbaycanın inşaat normativlərinə uyğun aparılır.

Tədbirdə stadionun maketi, infrastrukturun tikintisinə və gələcək görünüşünə həsr olunmuş videoçarx nümayiş etdirilmişdir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında