Bakı beynəlxalq şahmat festivalı Azərbaycanın dövlət müstəqilliyinin 22-ci ildönümünə həsr olunmuşdur

 

Azərbaycan paytaxtında beynəlxalq şahmat festivalına start verilmişdir. Respublikamızın dövlət müstəqilliyinin 22-ci ildönümünə həsr olunmuş festival üç turniri özündə birləşdirir (“A”, “B” turnirləri və yeniyetmələrin yarışı). Festivalın əsas turnirinin mükafatları uğrunda 74 rəqib, o cümlədən 36 qrossmeyster mübarizə aparır.

Reytinqə görə iştirakçıların siyahısına  rusiyalı Yevgeni Alekseyev (2710) başçılıq edir. İkinci-üçüncü yerlərdə isə Alekseyevin həmvətəni Aleksey Dreyev (2668) və Belarus təmsilçisi Sergey Jiqalkodur (2664).

Təbii ki, turnirdə Azərbaycan şahmat məktəbinin bir qrup yetirməsi də yarışır. Onların arasında ən yüksək reytinqli iştirakçılar milli komandamızın üzvləri Eltac Səfərli (2660), Rauf Məmmədov (2641) və Qədir Hüseynovdur (2616). 

Azərbaycan, Rusiya, Belarus şahmatçıları ilə yanaşı, İsrail, Ukrayna, Türkiyə, Gürcüstan, İspaniya, ABŞ, İran, Hindistan, Sloveniya və bir sıra başqa ölkələrin nümayəndələrinin iştirak etdikləri turnir İsveçrə sistemi üzrə keçirilir və rəqiblər hərəyə doqquz görüş oynayacaqlar. Beynəlxalq turnirin qalib və mükafatçıları sentyabrın 27-də məlum olacaq.

Oqtay BAYRAMOV,

 “Xalq qəzeti” 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında