Maradona Argentina yığmasına rəhbərlikdən imtina etdi

Argentinanın futbol üzrə yığmasının baş məşqçisi Dieqo Maradona milli komandada işini davam etdirməkdən imtina edib.
Ölkənin "Ole" nəşrinin yazdığına görə, məşqçi öz qərarını Futbol Assosiasiyasının prezidenti Xulio Qrondonaya bildirib. Qrondona Maradonaya müqaviləni uzatmağı təklif etsə də, onun məşqçilər heyətini tam tərkibdə saxlaması xahişilə razılaşmayıb. O, dünya şöhrətli futbolçuya yeni məşqçilər tapmağı tövsiyə edib. Maradona isə bu şərtlərlə işləməkdən imtina etdiyini bildirib.
İyulun 26-da Maradona yerli telekanal vasitəsilə bəyan edib ki, öz vəzifəsində yalnız bütün köməkçilərinin onunla işləməyə davam edəcəyi şərtilə qala bilərdi. Bundan başqa, Maradona qeyd edib ki, məşqçilərin qərargahında keçmişdə məşhur futbolçu olan Oskar Rucerini görmək istəyirdi. Yerli KİV-lər hesab edirlər ki, məhz Rucerinin namizədliyi Futbol Assosiasiyasının prezidentinin ürəyincə olmayıb.
Xatırladaq ki, Argentina yığmasına 2008-ci ilin payızından rəhbərlik edən Maradona milli komandanı 2010-cu ilin çempionatına çıxara bilmişdi. Bu turnirdə argentinalılar 1/4 finala qədər irəliləyə bildilər, çünki Almaniyaya 0:4 hesabı ilə uduzdular. Bu məğlubiyyətdən sonra Maradona yığma komandada öz dövrünün başa çatdığını elan etdi, lakin rəsmən istefaya getmədi.
Maradonanın gedişindən sonra Argentina yığmasına rəhbərlik edəcək namizədlər arasında ən çox adı çəkilən Karlos Byanka və Serhio Batistadır. K.Byanka "Boki Xuniors", İtaliyanın "Roma" və Madridin "Atletiko" futbol klublarının məşqçisi olub. S.Batista isə hazırda Argentinanın gənclərdən ibarət yığmasına rəhbərlik edir. Onun başçılığı altında gənc argentinalılar 2008-ci ildə Pekində Olimpiya oyunlarının qalibi olublar.

{nl}

Qəzənfər QASIMOV, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında