“Gələcəyin olimpiyaçıları” yarışdılar

Sumqayıt Paralimpiya İdman Kompleksində “Gələcəyin olimpiyaçıları” devizi altında üzgüçülük üzrə müxtəlif yaş qruplarında oğlan və qızlar arasında yay yarışı keçirilmişdir. Gənclər və İdman Baş İdarəsi ilə birgə təşkil edilmiş yarışda 50-dən artıq idmançı qalib adı uğrunda mübarizə aparmışdır. Tədbirin açılış mərasimində Paralimpiya İdman Kompleksinin direktoru Afiq Süleymanov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ölkədə kütləvi bədən tərbiyəsi və idmanın inkişafına göstərdiyi diqqət və qayğıdan, idmanın dövlət siyasətinin prioritet qollarından birinə çevrilməsindən, müstəqil Azərbaycanın həm də bir idman ölkəsi kimi beynəlxalq aləmdə tanınması və olimpiya hərəkatına fəal qoşulmasından danışmışdır. Gərgin idman mübarizəsi şəraitində davam edən yarışda Aytac Həşimzadə, Leyla Abduləzizova, Günel Əsgərova, Nərgiz Məmmədova qızlar arasında, Mirağa Ağayev, Ayxan Sədiyev, Həsən Məmmədzadə, Nihad Rəcəbli, Fuad Rəcəbli, Zakir Xəlilzadə, Rüfət Laçınov, İbrahim Əfəndiyev və Mehman Xanlarlı isə oğlanlar arasında öz yaş qruplarında qalib hesab edilmişlər.  Mükafatçılar Sumqayıt Paralimpiya İdman Kompleksi, həmçinin şəhər gənclər və idman Baş İdarəsinin fəxri fərman və medalları ilə təltif edilmişlər.

Əli NƏCƏFXANLI,

“Xalq qəzeti”

 

                                                                     

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında