Azərbaycan Avropa çempionatına Xorvatiyaya qarşı görüşlə başlayır

 

Almaniya və İsveçrənin birgə təşkil etdikləri qadın voleybol komandaları arasında Avropa çempionatının final mərhələsi start ərəfəsindədir. Artıq bu gün çempionatda kimi ilk qələbəsinə sevinəcək, kimi də qaliblərə həsəd aparacaq.

Ötən illərdəki kimi, qitə birinciliyi öz bayrağı ətrafına Avropanın ən yaxşı 16 komandasını toplayıb və onların arasında Azərbaycan millisi də vardır. Faiq Qarayevin yetirmələri Rusiya, Belarus və Xorvatiya yığmaları ilə birlikdə “C” qrupuna daxildirlər.

Digər üç qrupun isə tərkibi belədir: “A” qrupu: Almaniya, İspaniya, Hollandiya, Türkiyə. “B” qrupu: İtaliya, İsveçrə, Fransa, Belçika. “D” qrupu. Serbiya, Bolqarıstan, Çexiya, Polşa.

Azərbaycan voleybolçuları Avropa çempionatına bu gün Drezdendə Xorvatiya komandasına qarşı görüşlə başlayacaqlar. Belarus - Rusiya matçı da bu axşam oynanılacaq.

Qeyd edək ki, Beynəlxalq Voleybol Federasiyasının bu günlərdə açıqladığı növbəti reytinq cədvəlində Azərbaycan komandası 18 xalla 36-cı yerdədir. Braziliyanın (320 xal) başçılıq etdiyi cədvəldə bizim qızların Avropa çempionatının qrup mərhələsindəki rəqibləri Rusiya (175 xal) 6-cı, Xorvatiya (22) 31-ci, Belarus (16) 39-cu pillələrdədir.

Çempionatın ilkin mərhələsinə sentyabrın 8-də yekun vurulacaq. Qitənin ən yaxşı komandası, eləcə də gümüş və bürünc mükafatçılar isə sentyabrın 14-də məlum olacaq.

Oqtay BAYRAMOV, “Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında