Bakıda polo üzrə dünya kuboku yarışlarının təntənəli açılış mərasimi

 

Sentyabrın 6-da Bakıdakı “Elite Horse and Polo Club”da polo üzrə dünya kuboku yarışlarının təntənəli açılış mərasimi keçirilmişdir. AzərTAc xəbər verir ki, əvvəlcə Azərbaycanın turizm potensialından bəhs edən videoçarx nümayiş olunmuşdur.

Azərbaycan Respublikası Atçılıq Federasiyasının (ARAF)  prezidenti Elçin Quliyev idmançılarımızın qazandıqları nailiyyətdən danışmış və respublikamızda idmana göstərilən dövlət qayğısını yüksək qiymətləndirmişdir. Polo üzrə beynəlxalq yarışın ölkəmizdə ilk dəfə təşkil olunduğunu diqqətə çatdıran E.Quliyev son dörd ildə ARAF-nin həyata keçirdiyi layihələr barədə məlumat vermişdir. Bildirmişdir ki, polo Azərbaycanın tarixi və məşhur idman növlərindən olan çövkənin müasir və dəyişdirilmiş formasıdır. Artıq ölkəmizdə polo üzrə milli komandanın formalaşdırılmasına başlanılmışdır. Cari ilin sonunda ARAF Beynəlxalq Polo Federasiyasına üzv qəbul ediləcəkdir.

Yarışın iştirakçılarına uğurlar arzulayan ARAF-nin prezidenti yarışı açıq elan etmişdir. Azərbaycanın dövlət himni səsləndirildikdən sonra çövkən oyununun tarixi barədə məlumat verilmişdir. Sonra milli geyimli qız və oğlanlar at belində “Cəngi” sədaları altında meydana daxil olmuşlar. Milli geyimli oğlanlar at belində nümunəvi çıxış təqdim etmişlər. “Polo Vətəninə qayıdır” şüarı altında keçirilən yarışda 8 komanda iştirak edir. Bunlardan dördü - “Çopard” (Argentina), “Bentli” (Böyük Britaniya), “Monblan” (ABŞ) və “Baltika” (Avropa) peşəkar komandalardır. Yarışda yalnız yerli oyunçularından təşkil olunmuş “Qarabağ”, “Göyəzən”, eləcə də “Milla Qrin” və “Milla Vayt” kollektivləri də birincilik uğrunda mübarizə aparırlar.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında