Cavab görüşünü gözləyək...

Heç də demək istəmirəm ki, avqustun 29-da Almaniyanın Frankfurt şəhərində UEFA Avropa Liqası turnirinin pley-off  mərhələsinin cavab matçları çərçivəsində yerli “Ayntraxt” klubu ilə “Qarabağ” arasında keçiriləcək görüşdə Ağdam komandası iki gün əvvəl Tofiq Bəhramov adına Respublika stadionunda qeydə alınmış məğlubiyyətin (0:2) əvəzini çıxacaq. Sadəcə,Bakıdakı oyundan aldığım  təəssüratdan  sonra bu qənaətdəyəm ki, Azərbaycan futbolçuları zəhmli  rəqiblərə qarşı ilk görüşdə nəyə qadir olduqlarını tam göstərə bilmədilər.

Görünür, stadionun tribunalarından otuz mindən çox tamaşaçının izlədiyi qarşılaşmanın böyük əhəmiyyəti və komandanın  üzərinə düşən yüksək məsuliyyət hissi “Qarabağ”ın oyununa müəyyən dərəcədə öz təsirini göstərdi. Elə artıq 6-cı dəqiqədə Aleksandr Meyerin erkən qolla “Ayntraxt”ı hesabda irəli çıxarması da  meydan sahibləri üçün gözlənilməz oldu və onların həyəcanını daha da artırdı.Hakimin final işarəsinə təxminən on beş dəqiqə qalarkən Meyer ikinci dəfə fərqlənib görüşün qəhrəmanına çevrildikdə isə aydın oldu ki, qonaqlar qələbəni əldən verməyəcəklər.

Hərçənd Frankfurt futbolçuları hələ ikinci topu vurmazdan əvvəl “Qarabağ”ın sağ cinahdan təşkil etdiyi hücum zamanı rəqibin cərimə meydançasında əlverişli mövqedə olan Muarem Muarem yaranmış gözəl imkandan dəqiq istifadə etsəydi, ola bilsin, oyunun gedişində ciddi dönüş yaranardı.

 Bununla belə, “doğma divarlar” arasında uğursuzluq komandamızı ruhdan salmamalıdır. Artıq itiriləsi bir şey qalmayıb.Bu səbəbdən də gözləmək olar ki, “Qarabağ” cavab görüşündə daha sərbəst, bəlkə də, evdəkindən daha mütəşəkkil futbol  oynayacaq.

 

Oqtay BAYRAMOV,

“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında