Bizi yenə sevindir, “Qarabağ” Azərbaycan!

Isti yay günlərində beynəlxalq meydanda qələbələri ilə hamımıza bir sərinlik gətirən Ağdamın “Qarabağ” komandası bu gün UEFA Avropa Liqası turnirinin pley-off mərhələsində mübarizəyə başlayır. İndi Azərbaycan təmsilçisini nüfuzuna görə qitə klublarının ikinci ən böyük yarışının qrup mərhələsindən cəmi bir addım ayırır. “Qarabağ” bu addımı təkcə Avropanın deyil, dünyanın ən qüdrətli futbol dövlətlərindən biri olan Almaniyanın “Ayntraxt” (Frankfurt) komandası ilə görüşlərdə atmalıdır.

Nə demək olar, rəqib güclüdür, iddialıdır, Bundesliqada və avrokuboklarda yaxşı məktəb keçmiş zəngin təcrübəli komandadır. Məqsədi də qrup mərhələsinə vəsiqə qazanmaq, sonra da bacardıqca daha uzağa getməkdir.

Amma nə olsun ki, bu dəfə qarşımızda Almaniya “səddi” durur. “Ayntraxt” nə qədər sayılıb-seçilən komanda olsa da, keçilməz rəqib də deyil. Əksinə, Frankfurt klubu “Qarabağ”dan çəkinməlidir. Ağdam komandası pley-off mərhələsinə çıxmaqla nəyə qadir olduğunu inamla sübuta yetirmişdir. Zarafat deyil, final mərhələsinin astanasına aparan yolda altı oyundan beşində qələbə qazanılmışdır. Makedoniyanın “Metallurq” komandası hər iki görüşdə məğlubiyyətə uğradılmış, “Piast” (Polşa) ilə matçlarda “Qarabağ” əsl əzmkarlıq nümunəsi göstərmiş, Bakıda ilk topu polyaklar vursalar da, klubumuz oyunun gedişində dönüş yaradaraq həmin qola iki dəqiq zərbə ilə cavab vermiş, sonra da Qlivitse şəhərində bizi tamamilə qane edən heç-heçə qeydə alınmışdır. İsveçin “Gefle” komandası isə paytaxtımızda da, Sundsvall şəhərində öz azarkeşləri qarşısında da meydanı məyus halda tərk etmişdir. Bu rəqibə evdə yeganə qolla qalib gələn “Qarabağ”səfərdə daha böyük üstünlüklə – iki top fərqlə qələbəyə sevinmişdir.

İndi isə meydanda “Ayntraxt”la üz-üzəyik. Təkcə Ağdam klubunun pərəstişkarları deyil, bütün futbol ictimaiyyətimiz Azərbaycanın sevimlisi “Qarabağ”ın bu axşam Tofiq Bəhramov adına Respublika stadionunun yaşıl meydançasına qədəm qoyacağı anı səbirsizliklə gözləyir, hamı birnəfərtək onu yorulmadan var qüvvə ilə dəstəkləməyə hazırlaşır. Hamı da əmindir ki, çox səmimi və mübariz bir kollektiv olmasına zərrə qədər də şübhə yeri qoymayan “Qarabağ”ı qələbədən-qələbəyə aparan Qurban Qurbanov kimi istedadlı məşqçisi, Rəşad Sadıqov kimi fədakar kapitanı olan komanda alman rəqiblərə də öz kəsərli sözünü deməyi bacaracaq. Axı, “Qarabağ” elə bir kollektivdir ki, onun bütün oyunçuları istənilən anda meydanda bir-birinin köməyinə gəlməyə tam hazırdırlar. Komandada əsl dostluq mühiti hökm sürdükdə isə dağı-dağ üstə qoymaq olar.

Elə ona görə də böyük ümidlə deyirik – bizi yenə sevindir, “Qarabağ” Azərbaycan!

Oqtay BAYRAMOV,

 “Xalq qəzəti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında