Dünya kubokuna 16 iddiaçı qalır

Beləliklə, Norveçin Tromse şəhərində Beynəlxalq Şahmat Federasiyasının  (FİDE) Dünya kuboku yarışı həlledici mərhələyə qədəm qoymuşdur. Avqustun 11-də  mübarizəyə qoşulan 128 iştirakçıdan 112-si ,  o cümlədən həmyerlimiz Teymur Rəcəbov ,rusiyalı Aleksandr Qrişuk, Levon Aronyan ( Ermənistan), Peter Leko (Macarıstan) kimi mahir qrossmeysterlər turnirlə vidalaşmışlar.İndi Dünya kuboku meydanında cəmi 16 rəqib qalır.Onlardan biri də Azərbaycan şahmatının lideri Şəhriyar Məmmmədyarovdur.

Qrossmeysterimiz ilk üç mərhələdə  misirli Sami Şoker, rusiyalı Maksim Matlakov və Çin təmsilçisi  Vey Yi ilə matçlardan qalib ayrılmışdır.Həm də  səkkizdəbir final adlandırılan dördüncü raundda isə Şəhriyarın  rəqibi Qata Kamskidir (ABŞ). Səkkizdəbir finalda Məmmmədyarov -Kamski matçı ilə yanaşı,Pyotr Svidler (Rusiya)-Le Kuanq Lyöm (Vyetnam), Yevgeni Tomaşevski-Aleksandr Morozeviç, Dmitri Andreykin- Sergey Karyakin (hamısı Rusiya), Vladimir Kramnik (Rusiya)-Vasili İvançuk (Ukrayna),Boris Gelfand (İsrail)- Maksim Vaşye-Laqrav (Fransa), Zuniqa Qranda (Peru)-Fabiano Karuana (İtaliya) və Hikaru Nakamura (ABŞ)-Anton Korobov (Ukrayna )görüşləri keçirilir. Dördüncü turun maçtlarına dünən axşam start verilmişdir. Bu mərhələnin ikinci oyunları bu gun keçiriləcək. Tay-breklər avqustun 22-nə təyin edilmişdir.

Xatırladaq ki, Dünya kuboku turnirinin ümumi mükafat fondu 1 milyon 600 min dollardır.Başlıcası isə, yarışda  ilk üç yeri tutan qrossmeysterlər iddiaçıların dünya şahmat tacı uğrunda novbəti turnirinə vəsiqə qazanacaqlar.

P.S.  Dördüncü raundun birinci görüşündə Şəhriyar Məmmədyarov Qata Kamskiyə (ABŞ) məğlub olmuşdur - 0:1.

Oqtay BAYRAMOV,

 “Xalq qəzeti”

 

 

 

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında