Məmmədyarov səkkizdəbir finalda

Norveçin Tromse şəhərində davam edən şahmat üzrə Dünya kuboku yarışının üçüncü mərhələsində azərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarovun çinli Vey Yi ilə matçında hər iki klassik görüş heç-heçə başa çatmış və “əsas vaxtda” qalib müəyyənləşməmişdir -1:1.

Bu şahmatçıların rəqabətində səkkizdəbir finalçı dünən axşam keçirilən tay-breklərdən sonra məlum olmuşdur. Məmmədyarov rapiddə 1,5:0,5 hesabı ilə qalib gələrək səkkizdəbir finala çıxmışdır. Bu mərhələdə Şəhriyarın rəqibi Qata Kamski (ABŞ) olacaq.

Teymur Rəcəbov isə rusiyalı Pyotr Svidlerlə matçda 0,5:1,5 hesabı ilə uduzaraq Dünya kuboku turnirində çıxışlarını dayandırmışdır. Dördüncü tura (20-22 avqust) bu gün start veriləcəkdir.

Oqtay BAYRAMOV,

 “Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında