Azərbaycanın iki boksçusu Avropa çempionu adını qazanmışdır

Rotterdamda (Hollandiya) gənclər arasında boks üzrə Avropa çempionatına yekun vurulmuşdur. Final döyüşlərindən üçü Azərbaycan idmançılarının iştirakı ilə keçirilmişdir. Onlardan ikisi həlledici görüşdə də rinqi qalib kimi tərk edərək fəxri kürsünün zirvəsinə yüksəlmişdir.

Nəsrəddin Məmmədov (56 kq) və Cavid Quliyev (64 kq) finalda müvafiq surətdə irlandiyalı Kurt Uokeri və Ukrayna təmsilçisi Yaroslav Samofalovu məğlubiyytə uğradaraq qitə birinciliyinin qızıl medallarına sevinmişlər. Məsud Yusifzadə isə 52 kq çəki dərəcəsində gümüş mükafatçı olmuşdur. Boksçumuz finalda irlandiyalı Reddi Kulliyə uduzmuşdur.

Nəticədə gənc dəri əlcək ustalarımız Avropa çempionatında Azərbaycana iki qızıl və bir gümüş medal qazandırmışlar.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında