Dünya çempionatının azərbaycanlı mükafatçıları

Bu günlər bir çox ölkənin gənc güləşçiləri Sofiyanın qonağıdırlar. Burada keçirilən dünya çempionatı “klassiklərin” yarışı ilə başlanmışdır. Turnirin birinci günü mübarizəyə qoşulan Azərbaycanın dörd güləşçisindən ikisi fəxri kürsüdə təbrikləri qəbul etmişdir.

Dünya çempionatında ilk fərqlənən idmançılarımız Elman Muxtarov və Ceyhun Əliyev olmuşlar. Onlar müvafiq surətdə 60 və 74 kq çəki dərəcələrində üçüncü yeri tutaraq ölkəmizə iki bürünc medal qazandırmışlar.

Dünən yunan-Roma üsulu ilə güləşənlərin yarışı davam etdirilmişdir. Bu gün isə qızlar xalça üzərinə dəvət olunacaqlar. Bolqarıstan paytaxtında dünya çempionatı avqustun 18-də sərbəst üsulla güləşənlərin görüşləri ilə başa çatacaq.

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında