Şəhriyar Məmmədyarovun növbəti rəqibi Maksim Matlakovdur

Norveçin Tromse şəhərində keçirilən şahmat üzrə Dünya kuboku turnirində Azərbaycanın dörd təmsilçisindən birinci olaraq ikinci mərhələyə Şəhriyar Məmmədyarov vəsiqə qazanmışdır. Qrossmeysterimiz misirli Sami Şoker ilə matçda 1,5:0,5 hesabı ilə qalib gəlmişdir. Bu gün başlanacaq ikinci turda Məmmədyarovun rəqibi rusiyalı Maksim Matlakovdur.

Digər üç şahmatçımız isə “əsas vaxtda” start mərhələsini adlamaq vəzifəsini həll edə bilməmişdir. Teymur Rəcəbov-Xorxe Kori (Peru), Eltac Səfərli-Amin Bassem (Misir) və Vasif Durarbəyli-Anton Korobov (Ukrayna) matçlarında hesab 1:1 olmuşdur. Rəcəbov və Durarbəyli hər iki görüşdə rəqibləri ilə heç-heçəyə razılaşmışlar, Səfərli isə birinci raundun ilk oyununda ağlarla uduzduqdan sonra, ikinci görüşdə qara fiqurlarla həmin məğlubiyyətin əvəzini çıxmışdır.

Yarışın şərtlərinə əsasən heç-heçə başa çatan matçlarda qaliblər “əlavə vaxtda”, yəni sürətli şahmat görüşlərində müəyyən edilir. Rəcəbov, Səfərli və Durarbəyli ikinci mərhələdə oynamaq hüquqlarını dünən axşam keçirilən tay-breklərdə sübutda yetirməli idilər.

Onu da qeyd edək ki, turnir iştirakçıları təkcə Dünya kuboku uğrunda mübarizə aparmırlar. Kubokun sahibi, eləcə də ikinci və üçüncü mükafatçılar həm də dünya şahmat tacı uğrunda iddiaçıların növbəti turnirinə vəsiqə qazanacaqlar.

Oqtay BAYRAMOV, “Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında