Azərbaycan cüdoçuları ABŞ-da uğurla çıxış etmişlər

Avqustun 8-dən 11-dək ABŞ-ın Mayami ştatında keçirilən cüdo üzrə yeniyetmələr arasında dünya çempionatının ilk günündə Azərbaycan cüdoçuları möhtəşəm qələbələr əldə edərək 1 qızıl və 1 gümüş medal qazanmışlar.

Azərbaycan Cüdo Federasiyasından (ACF) AzərTAc-a bildirmişlər ki, Mayamidə dünyanın 91 ölkəsindən 608 yeniyetmə cüdoçu mübarizə aparır.

Əlli kiloqram çəki dərəcəsində Natiq Qurbanlı bütün rəqiblərindən güclü olaraq komandamıza ilk qızıl medalı qazandırmışdır. Qızlar arasında isə 40 kiloqram çəki dərəcəsində Leyla Əliyeva yalnız Yaponiya təmsilçisindən geri qalaraq ikinci olmuş və gümüş medala layiq görülmüşdür.

İlk dəfə 2009, daha sonra 2011-ci ildən keçirilən cüdo üzrə yeniyetmələr arasında dünya çempionatı artıq 3-cü dəfədir ki, baş tutur. Yeniyetmə cüdoçularımız isə ilk dəfədir ki bu çempionatda medal qazanırlar.

Cari ilin nəticələrinə görə, bu dünya çempionatı ölkəmiz üçün tarixi qələbələrlə yadda qalacaqdır.

Digər tərəfdən artıq iki cüdoçumuz 2014-cü ildə Çində keçiriləcək yeniyetmələrin Olimpiadasına lisenziya qazanmışdır.

 

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında