Dünya kubokuna 128 iddiaçı

Ötən bazar günü Norveçin Tromse şəhərində Beynəlxalq Şahmat Federasiyasının (FİDE) Dünya kuboku turnirinə start verilmiş və bir çox ölkəni təmsil edən 128 rəqib, o cümlədən azərbaycanlı qrossmeysterlər Şəhriyar Məmmədyarov, Teymur Rəcəbov, Eltac Səfərli və Vasif Durarbəyli ümumi mükafat fondu 1 milyon 600 min dollar  olan yarışda mübarizəyə başlamışlar.

Turnir nokaut-sistem üzrə keçirilir, yəni uduzan şahmatçı yarışda çıxışlarını dayandırır. Finaldan başqa, dörddəbir finallar və yarimfinallar da daxil olmaqla bütün mərhələlərdə hər matç iki görüşdən ibarətdir. Finalda isə Dünya kubokunun sahibi dörd oyunda müəyyənləşəcək. Final avqustun 30-dan sentyabrın 3-dək davam edəcəkdir. Turlar Bakı vaxtı ilə saat 18:00-da başlanır.

Birinci mərhələdə Məmmədyarov misirli Sami Şoker ilə görüşüb. İlk oyun artıq 28-ci gedişdə Şəhriyarın xeyrinə başa çatmış və hesab 1:0 olmuşdur. Rəcəbov və Durarbəyli müvafiq surətdə Cey Kori (Peri) və Anton Korobovla (Ukrayna) mübarizədən yarım xalla ayrılmışlar. Səfərli isə Amin Bessemə (Misir) uduzmuşdur. Start turunun ikinci görüşləri dünən keçirilmişdir.

 

Oqtay BAYRAMOV,

“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında