İki turdan sonra üç lider

Bir həftə əvvəl Topaz Premyer Liqasında uğurlu start götürən klublardan üçü “Qarabağ”, “Neftçi” və “Qəbələ” ikinci turda da inamla oynayaraq, ilk müvəffəqiyyətlərini bir qədər də inkişaf etdirmişlər. Liderlərin hərəyə 6 xalı vardır.

UEFA Avropa Liqası turnirində Makedoniyanın “Metallurq”, Polşanın “Piast” komandalarından sonra “Gefle”ni (İsveç) də yarışdan kənarlaşdırıb pley-off mərhələsinə vəsiqə qazanmaqla (xatırladaq ki, qrup mərhələsinin astanasında “Qarabağ”ın rəqibi Almaniyanın “Ayntraxt” komandası olacaq) Azərbaycana böyük sevinc bəxş etmiş Ağdam klubu milli çempionatımızın ikinci turunda “Sumqayıt”ı böyük hesabla məğlubiyyətə uğratmışdır-5:1. “Neftçi” futbolçuları isə “Rəvan”a iki cavabsız qolla qalib gəlmişlər-2:0, “Qəbələ” isə “İnter” üzərində qələbə qazanmışdır-3:2.

Turun daha iki görüşündə AZAL “Bakı”dan üstün oyun nümayiş etdirmişdir-1:0. “Xəzər-Lənkəran”la “Simurq” isə bir-birinin müdafiə xəttini yara bilməmişlər-0:0.

Üçüncü turun görüşləri avqustun 17-19-da keçiriləcəkdir: “Neftçi”-“Simurq”, “Qarabağ”-“Xəzər-Lənkəran”, “İnter”-AZAL, “Sumqayıt”-“Qəbələ”, “Bakı”-“Rəvan”.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında